GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Parlamentdə "Mehdiyev şəbəkəsi"... - Milli Məclis buraxılacaq?

Parlamentdə "Mehdiyev şəbəkəsi"... - Milli Məclis buraxılacaq?

Tarix: 27-10-2025, 14:03 Bölmə :Cəmiyyət Baxış: 5

Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan keçmiş AMEA prezidenti Ramiz Mehdiyev ətrafında gedən ictimai diskusiyalar son aylar cəmiyyətin diqqət mərkəzindədir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil — burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünəməxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir.

Gundemxeber.com azpolitika.az-a istinadla xəbər verir ki, təhlillərə görə, Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı krıminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində – parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər – özlərinə mövqe qazanıblar.


Bu şəbəkənin əsas təhlükəsi ondadır ki, ictimaiyyət onları hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETO terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETO-çular kimi “Mehdiyev şəbəkəsinin” nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Ramiz Mehdiyevin ən sərt “tənqidçiləri” sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür. Onlar indi “müxalif” obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu buqələmunların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər.

Əslində, Ramiz Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan, vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplaya bilib. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında “mehdiyevçilərin” idbar sifətini görmək mümkündür.

Nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata əsasən Ramiz Mehdiyevi ittiham edir, dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Ramiz Mehdiyevə deyil, Prezident Administrasiyasına məddahlıq etdiklərini iddia edən “çoxüzlülər” də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə, bu suallar onlara veriləcək…

Ramiz Mehdiyev “şəbəkəsinin” “ağır topları” isə hələlik açıq mövqe ortaya qoymaqdan yayınırlar. Onlardan bəziləri ictimai təmaslardan qaçır, digər bir hissəsi isə “ortada rəsmi ittiham yoxdur, olsun, mövqe bildirərik” – deyə susqunluq nümayiş etdirirlər.

Bunu əslində vaxt udmaq strategiyası da hesab etmək olar. Bu strategiyanın məqsədi sadədir: ictimai diqqət azaldıqdan sonra yenidən siyasi səhnəyə adaptasiya olmaq. Onların bir qismini Milli Məclisdə, digərlərini müxtəlif nazirliklərdə, komitələrdə, hətta müxalifət partiyalarında, media və QHT sektorunda görmək mümkündür.

Maraqlıdır ki, Mehdiyev sisteminin xaricdəki ideoloji qolu da fəallaşıb. Onun və ətrafının himayəsi ilə xarici ölkələrdə məskunlaşan və cəmiyyətdə “söyüş müxalifəti” adı ilə tanınan bəzi internet “qəhrəmanları” koordinasiyalı şəkildə Ramiz Mehdiyevi az qala günahsız mələyə çevirir, onun həbsinin qanunsuz olduğunu iddia edirlər. Hətta bəzi internet televiziyalarının rəhbərləri, “politoloqlar” Ramiz Mehdiyevin həbsinin ölkədə böyük xaos yaradacağı, hakimiyyəti zəiflədəcəyi və s. kimi ağılsız iddialarla çıxış edirlər. Ancaq fikirlərində heç bir məntiq olmadığından, sadəcə, hakimiyyəti şantaj etməyə, xidmət etdikləri “Mehdiyev şəbəkəsinin” ifşasından çəkindirməyə çalışdıqları aydın hiss olunur. Ramiz Mehdiyevin həbsi bu adamların əslində kim olduqlarını, haradan maliyyələşdiklərini də ifşa etdi…

Qeyd edək ki, hakimiyyət üçün də, dövlət üçün də əsl təhlükəni xarici dövlətə bağlı belə bir şəbəkənin mövcud olması, onların tam zərərsizləşdirilməməsi törədə bilər. Bu baxımdan geniş araşdırma aparılmalı, dövlət orqanları “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizlənməlidir.

Bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər.

Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi… Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi.

Lakin bu seçkilər də gözləntiləri tam doğrultmadı, parlamenti “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizləmək mümkün olmadı. Hətta bəzi siyasi şərhçilər parlamenti “Ramiz Mehdiyev parlamenti” də adlandırırlar. Bunun əsas səbəbi kimi onların dəyişikliklərə müqavimət göstərməsi qeyd olunur. Hər halda, müxtəlif səbəblərdən bu şəbəkəyə aid olduğu şübhə doğurmayan bir çox şəxs yenidən mandat aldı.

Belə şəxslərin Milli Məclisdə olması isə həm parlamentin nüfuzunu zədələyir, həm də Ramiz Mehdiyev kimi xaricdən idarə olunan adamların dövlət çevrilişi cəhdi kimi ağılsız fikrə düşməsində əlavə stimula çevrilir. İstisna deyil ki, Ramiz Mehdiyevin Moskvaya təqdim etdiyi siyahıda da deputat mandatı daşıyanlar var. Ancaq hamısının adı o siyahıya salınmayıb. Həm də bu şəbəkənin adamları FETO-çular kimi maskalandığından, asanlıqla “dəri dəyişmə” keyfiyyətinə malik olduqlarından, “Mehdiyev şəbəkəsinin” üzvü olduqlarını isbat etmək də asan deyil.

Odur ki, ən doğru çıxış yolu mövcud parlamentin də buraxılması, Milli Məclisin yenidən demokratik və şəffaf seçkilərlə təşkil edilməsidir. Bu dəfə Ramiz Mehdiyev həbsdə, şəbəkəsi qorxu içində olduğundan, hər hansı müqavimət də göstərə bilməzlər. Nəticədə, Rusiyaya bağlı “Mehdiyev şəbəkəsindən” tam təmizlənmiş parlament formalaşdırmaq olar ki, bu da dövlətin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəzərə alaq ki, dövlətin dayaqları ancaq şəffaflıq və ictimai etimad üzərində möhkəmlənə bilər. Mehdiyev dövrünün qalıqları isə bu prosesin qarşısında duran ən ciddi maneədir. Bu maneəni söküb atmaq lazımdır!


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!”

    Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs ...

    18-09-2020, 12:38

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin Binəqədidəki kuratoru kimdir? - Araşdırma...

    Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin ...

    16-09-2020, 23:05

  • 
  • Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin Binəqədidəki kuratoru kimdir? — ARAŞDIRMA

    Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin ...

    19-09-2020, 14:52

  • 
  • Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

    Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır ...

    20-10-2014, 14:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (16)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu