GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tural Sultanov dənizə niyə düşüb? - Həkimin gəmidə yoxa çıxmasının YENİ TƏFƏRRÜATI

Tural Sultanov dənizə niyə düşüb? - Həkimin gəmidə yoxa çıxmasının YENİ TƏFƏRRÜATI

Tarix: 30-10-2025, 13:28 Bölmə :Cəmiyyət Baxış: 19

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovun itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bu barədə onun əmisi qızı, jurnalist Ağanisə Sultan məlumat verib.
O bildirib ki, Tural Sultanovdan artıq 31 gündür xəbər yoxdur:
"Ailəmiz, Turalın atası, anası çox ağır günlər yaşayır. Həmin gün gəmidə nə baş verib, Tural niyə dənizə düşüb? Peşəkar üzgüçü olduğu halda niyə xilas olmayıb və ya edilməyib? Hadisə baş verdiyi an kamera görüntülərində nələr yer alıb? Tural dənizdə işləməyi özü seçmişdi. Həkim atasının ən böyük istəyi Turalın Almaniyada təhsilini, işini davam etdirməsi, məşhur həkim olması idi. Təbii ki, oğlunun seçiminə də hörmətlə yanaşırdı.

Dəniz Turalın ikinci evi idi, yenicə aldığı evin də mənzərəsi dənizə açılırdı".

Ağanisə Sultan qeyd edib ki, Tural itkin düşməzdən bir gün əvvəl anası Aygün xanımla danışıb. O, Aygün xanımın aşağıdakı sitatlarını qeyd edib:

"Balam dənizin ortasında olduğundan bəzən danışanda əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Həmişəki kimi danışdı, yaxşı olduğunu dedi. Tural dənizə gedəndə yay idi. Havalar soyuduğundan isti geyimlərini ayırmışdım. Fikirləşdim ki, səhər zəng edəndə balama deyim ki, sən oralarda üşüyəcəksən, gəmiyə gələn olacaqsa, geyimlərini göndərim. 63 gün idi orada idi. Əslində bir ay dənizdə, bir ay evdə olurdu. Başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. Oktyabrın 12-15 arası qayıdacaqdı. Ən çox mənim bişirdiyim şorqoğalını və peraşki istəyirdi. Turalım gələndə sevdiyi yeməkləri bişirib, süfrəyə düzəcəkdim. Məni bu qədər intizarda qoymazdı balam".

Onun sözlərinə görə, sentyabr ayının 27-si atası işdən evə gələndə Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, belə hadisənin baş verdiyini bildiriblər:

"Bir neçə gün minlərlə, on minlərlə insana şəfa verən əmimə nəsə deməyə, təsəlli verməyə cürət etmədim".

Ağanisə Sultan qeyd edib ki, Tural həkimin işlədiyi gəmi sahilə gələndən sonra ailəyə kamera görüntüləri göstərilib. O, Aygün xanımın bu haqda nitqini də diqqətə çatdırıb. Sitat:

"Arxadan, çox uzaqdan görüntülər var. Biz öndən çəkilən görüntüləri istəyəndə, əllərində ancaq bunun olduğunun dedilər. Arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır. Bizə deyirlər ki, siz öz övladınızı arxadan, geyimindən tanımırsınız? Mənim oğlum nədən özünü dənizə atsın, səbəb nə olub? Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur? Balam 17 yaşından xarici ölkələrdə gecəsini gündüzünə qatıb oxuyurdu, özünü inkişaf etdirirdi, dillər öyrənirdi. Ən son 5-ci dili ispan dilini öyrənirdi. İdmanla məşğul idi, peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Paraşütdən tullanırdı, evə alıb qoyduğu yeni idman alətləri olduğu kimi durur, özü gəlib açacaqdı. Evi olsa da, başqa dəniz mənzərəli yeni ev almışdı. Mənə dedi ki, öz zövqünə görə mətbəx mebeli sifariş ver, dənizdən qayıdandan sonra birlikdə gedib, ev əşyaları seçərik. Turalımın arzuları vardı, bizim arzumuz isə Tural idi. Mən balamın nişanını, toyuna görmək arzusunda idim, indi səsinə, nəfəsinə, özünə həsrət qalmışam. Hava soyuqdur, balam dənizdə üşüyür..."

A.Sultan bildirib ki, ailədə olan məlumata görə, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonda danışıb:
"Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub? Heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa (birmənalı şəkildə bunu rədd edirik), nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub? Suallar çoxdur. Bizim Turalımız 31 gündür yoxdur"./oxu.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xərçəngdən əziyyət çəkən Azərbaycan əsgəri dünyasını dəyişdi

    Xərçəngdən əziyyət çəkən Azərbaycan əsgəri ...

    24-06-2013, 00:42

  • 
  • Tural Abbaslıya yemək və görüş verilmir

    Tural Abbaslıya yemək və görüş verilmir ...

    9-08-2013, 23:45

  • 
  • Tural Abbaslı həbs olundu

    Tural Abbaslı həbs olundu ...

    7-08-2013, 14:23

  • 
  • Tural Abbaslı Müsavatdan istefa verdi - AÇIQLAMA

    Tural Abbaslı Müsavatdan istefa verdi - AÇIQLAMA ...

    6-05-2016, 01:48

  • 
  • Bakıda tələbənin dəhşətli taleyi - Futbola baxandan sonra öldü

    Bakıda tələbənin dəhşətli taleyi - Futbola ...

    8-12-2017, 20:22


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu