Gundemxeber.az » Ölkə » Cəmiyyət » DTX tərəfindən həbs edilmiş, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Gundemxeber.com
20-11-2018, 12:24
26-11-2015, 15:51
13-05-2019, 10:39
7-06-2018, 15:50
10-12-2019, 22:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?