GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Tarix: 6-11-2025, 13:41 Bölmə :Cəmiyyət Baxış: 10

Azərbaycanın son onilliklərdəki ən qalmaqallı siyasi fiqurlarından biri olan Ramiz Mehdiyev haqqında istintaq materialları və ictimai müzakirələr onun milyardlıq sərvət imperiyasının miqyası barədə ciddi suallar doğurur.

Bu baxımdan Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi - Cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma maddəsi ilə ittiham verilməsi də təsadüfi deyil. 20 ildən artıq Prezident Administrasiyasına rəhbərlik etmiş, dövlətin bütün mühüm qərar mexanizmlərinə təsir imkanına malik olan Mehdiyevin bu dövrdə topladığı sərvətin həcmi, sadəcə, şəxsi deyil, həm də klan səviyyəsində bir iqtisadi şəbəkə yarandığını göstərir. 1990-cı illərin sonlarından başlayaraq Mehdiyev Azərbaycan dövlət aparatında ideoloji və inzibati nəzarətin əsas mərkəzinə çevrilmişdi. Onun kurasiyasında formalaşan elmi-texnokrat kadrlar, illər keçdikcə icra hakimiyyətlərindən tutmuş dövlət şirkətlərinə qədər müxtəlif strukturlarda əsas mövqeləri ələ keçirdilər.

Bu sistemin xüsusiyyəti ondan ibarət idi ki, hər məmur öz “xidmətinə” görə həm siyasi, həm də iqtisadi rüsum ödəyirdi. Həmin dövrü yaxından tanıyan sabiq məmurların sözlərinə görə, PA rəhbərinin adı çəkiləndə tenderlərdə vəziyyət bir anın içində onun kadrının xeyrinə dəyişirdi. Yəni əgər hər il dövlət büdcəsindən milyardlarla manatlıq layihələr onun nəzarəti altında təsdiqlənirdisə, bu vəsaitin müəyyən faizi geri qayıdırdı.

2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı neft pullarının axını ilə genişlənərkən, Mehdiyev ailəsinin və yaxın çevrəsinin ofşor zonalarda aktivləşdiyi barədə sənədlər yayıldı. Qəbələdəki milyonluq villa, Bakıda yüksək qiymətli daşınmaz əmlaklar, kürəkəni İlham Əlisəftər oğlu Əliyevin Prezident Administrasiyasının şimal zonasını kuratoru, sonradan deputatı ola-ola iş adamı kimi fəaliyyəti bu imperiyanın maddi izlərini ortaya qoyur. Mənbələrin təxminlərinə görə, Mehdiyev ailəsinin və ona yaxın məmurların əmlak portfelinin ümumi dəyəri 3-5 milyard dollar aralığında ola bilər. Bu məbləğ təkcə daşınmaz əmlak və müəssisələrdən ibarət deyil, həm də xarici banklarda və “kağız üzərində” şirkətlərdə saxlanılan aktivləri əhatə edir. Ramiz Mehdiyevin rəhbərlik etdiyi illərdə Prezident Administrasiyasına yaxın onlarla icra başçısı, rektor, elmi institut direktoru və dövlət şirkəti rəhbəri onun kadrı idi və hər ay onunla hesablaşırdı. Onlardan bəziləri artıq istintaqa cəlb olunub, digərlərinin də cəlb olunacağı gün uzaqda deyil.

Bu məmurların ümumi sərvətinə baxanda mənzərə daha aydın olur.  Bakıda və Abşeronda çoxmilyonluq torpaq sahələri; dövlət tenderlərindən pay alan qohum şirkətlər; xarici təhsil adı ilə köçürülən böyük məbləğlər; “elm və akademiya” pərdəsi altında gizlədilmiş kommersiya layihələri və s.

Əgər bu sistem 2000-2020-ci illər ərzində sabit şəkildə fəaliyyət göstəribsə, klanın illik qeyri-rəsmi gəliri təxminən 150-200 milyon dollar civarında ola bilərdi. Mehdiyevin ətrafı onu “alim” və “dövlət ideoloqu” kimi təqdim etməyə çalışsa da, barəsindəki istintaq göstərir ki, onun illərlə topladığı sərvət sırf elmi fəaliyyətlə izah edilə bilməz. Əksinə, bu sərvət dövlət resurslarının şəxsi maraqlara yönəldilməsi, klan idarəçiliyi və siyasi nəzarətin iqtisadi alverə çevrilməsinin nəticəsidir. Ramiz Mehdiyev bu illər ərzində nə qədər vəsait toplaya bilərdi sualının cavabı, bəlkə də, bir nəfərin yox, bir sistemin sərvəti ifadəsində gizlənib. Çünki Mehdiyevin əlində toplanan vəsait sadəcə külli miqdarda qeyri-leqal pul deyil. Azərbaycan dövlətindən onilliklər ərzində oğurlanan vəsaitdir.

Mehdiyevə qarşı irəli sürülən ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına daxildir və hər biri üzrə nəzərdə tutulan sanksiyalar uzun illər həbs cəzasını nəzərdə tutur.

Cinayət Məcəlləsinin  278.1-ci maddəsi - Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdir. Yəni, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn hərəkətlərdən söhbət gedir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalandırılır. Bu maddə üzrə ən ağır sanksiya ömürlük həbsdir.

Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət adlanır. Azərbaycan Respublikasının suverenliyinə, ərazi toxunulmazlığına, müdafiə qabiliyyətinə və ya dövlət təhlükəsizliyinə zərər vurmaq məqsədilə düşmən tərəfə keçmə, casusluq etmə və ya digər yardımlar göstərmə kimi cinayətləri ehtiva edir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya  ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddə də ən yüksək kateqoriyalı, xüsusilə ağır dövlət cinayətidir.

Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma adlanır. 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əlavə olaraq əmlakın müsadirəsi və ya   vəzifə tutma hüququndan məhrumetmə ilə cəzalandırılır.

Əgər ittihamlar bütün maddələr üzrə sübuta yetirilərsə, məhkəmə cəzalardan birini qismən və ya tam şəkildə birləşdirilmiş qaydada təyin edə bilər. Bu halda Ramiz Mehdiyevi ümumilikdə 20 ildən az olmayaraq, real azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər.//musavat.com/

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi

    Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən ...

    18-10-2025, 23:30

  • 
  • DTX Ramiz Mehdiyevi saxladı - QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

    DTX Ramiz Mehdiyevi saxladı - QƏTİMKAN TƏDBİRİ ...

    14-10-2025, 23:46

  • 
  • Karl Marks, Ramiz Mehdiyev və Fəzail Ağamalı…

    Karl Marks, Ramiz Mehdiyev və Fəzail Ağamalı… ...

    1-05-2013, 12:46

  • 
  • Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!”

    Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs ...

    18-09-2020, 12:38

  • 
  • Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI

    Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş ...

    3-08-2020, 14:34


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu