Qarabağ əlilinə müqavilə əsasında vəkillik etmək olar?
Yüksək keyfiyyətli hüquqi yardıma ehtiyacım var
Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun- Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna, qanunda nəzərdə tutulmuş hallarda bu hüququn ÖDƏNİŞSİZ, DÖVLƏT HESABINA göstərilməsinə təminat verir. Allahdan da gizlin deyil, Sizdən də, faktiki olaraq bütöv Konstitusiya kimi, bu maddə də sözdə qüvvədədir, faktiki tətbiq edilmir. Hakimlərin ədalətli məhkəmə araşdırması hüququmuzu ədavətli mühakimə ilə (şəxsi) qərəzlərinə qurban verməsindən başımız elə çəkib ki , eldə deyildiyi kimi, başmaqçı olmuşuq.
Konstitusiyaya, qanunlara yox, kənardan sifarişə məhkəmə hakimiyyəti elə uyur, elə qərəz sərgiləyir ki, hətta kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatımızdan da imtina edilir. Hətta kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatıma ərizə verməyimi Bakı Apellyasiya Məhkəməsi (sifarişçi MK sədri Rafael Eyvazov; Fuad Abdıyev, Cəmilə Musayeva, Fuad Babayev “troyka”sı) inzibati xəta (?) sayıb , 1-ci dərəcəli Qarabağ əlilini tələbkar MƏHKƏMƏNİN (??-məhkəmə baxdığı ərizə üzrə tərəfdir ki, özünü tələbkar edib?) xeyrinə 100 manat cərimə edib.(?- Nə xəta törətdim ki, hüquqa yardıma ərizə verdim də!) Amma əvvəllər belə deyildi, Qarabağ əlili vəsiqəsini təqdim etməklə dövlət hesabına vəkillə təminatımız gerçəkləşirdi.
Bunları ona görə vurğulayıram ki, ali dövlət hakimiyyəti orqanlarından Vəkillər Kollegiyasına göndərilən şikayətlərimizə də vəkillə ödənişsiz təminatın yalnız (?) məhkəmənin səlahiyyətində olduğu bildirilir. Amma əvvəllər belə deyildi, VK-nın Hüquqi Yardım və Tədris Mərkəzi “paykovoy” da olsa, ödənişsiz vəkil ayrılmasını Qarabağ qazilərinin halal haqqı kimi təmin edirdi. İndi bu Mərkəz də bizdən üz çevirib. Yəqin “üzçevirmə” sifarişi məhkəmələrdən gəlir, ya da tənqidlə bağlıdır, yoxsa dünənə kimi göstərilən pulsuz xidmətdən bu gün niyə imtina edilsin ki!? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20.1-ci maddəsinin tətbiqi də vəkillərə məhkəmə qərardadı ilə şamil edilir?
Vurğuladıqlarım peşəkar, yüksək ranqlı vəkil kimi Sizə üz tutmağıma nədən olub. Ödənişsiz gərək deyil, onsuz da, dədələrimizin dediyi kimi, ucuz ətin şorbası olmadığı kimi, pulsuz (“paykovoy”) vəkilin də keyfiyyətli xidməti olmur. Gəlin, hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlayaq, 17 -ci ildir tələbkar olduğum icra olunmayan 10 məhkəmə qərarının icrasını təmin etmək üçün prosessual hərəkətlər edilsin. (Bu icra işlərinin 100 faizli uğurlu olacağına Konstitusiyanın 129-cu maddəsi zəmanət verir, sadəcə borclu(lar) ƏƏSMN-in 39 saylı vəkil bürosu 40 vəkillə məhkəməyə sifariş verib, ali instansiya səviyyəsində icraya qadağa qoydurub. Bu 40 vəkilin və məhkəmə hakimlərinin qərəz savadı elə “qıcqırıb” ki, Konstitusiyanın qüvvədə olmadığını aktlaşdırırlar)
Niyə MƏHZ Sizin vəkilim olmağınızı istəyirəm? Bu suala az da olsa yuxarıda cavab verdim. Tam şəkildə MƏHZ Sizin vəkilliyinizdə inad etməyimin başlıca nədəni VKRH-nın vəzifəli şəxslərinin (intizam komissiyasının üzvü Əlirza Həbilov, aparat rəhbəri Orxan Babayev) DİN-in, bütöv 39 saylı vəkil bürosunun ƏƏSMN-in tərkibində hüquqverici sənəd olmadan məhkəmə işlərinə çıxıb, pensiya, sosial təminat, məhkəmə müdafiəsi hüququm(uz)a qeyri-prosessual qadağa qoymasıdır. Harada görünüb ki, dövlət orqanında (özəlliklə, istintaq-ittiham orqanında) VƏKİL ştatı olsun, həmin ştatı VKRH-nın İNTİZAM KOMİSSİYASI (ƏLİRZA HƏBİLOV), APARAT RƏHBƏRİ (ORXAN BABAYEV) tutsun; bütöv VƏKİL BÜROSU fəaliyyət göstərsin? Belə “intizamla”, belə “dövlətə vəkilliklə” hansı hüquqi-demokratik dövlətdən, hansı hüquq və azadlıqdan danışmaq olar? İndi özünüz deyin, VKRH-nın və DİN-in, ƏƏSMN-in vəzifəli şəxsləri statusunda çıxış edən ƏLİRZA HƏBİLOVUN, ORXAN BABAYEVİN, 39 SAYLI VƏKİL BÜROSUNUN (ABUZƏR MÜTƏLLİMOV-MƏHKƏMƏ FİLİALININ VƏKİL DİREKTORU, YEGANƏ MƏMMƏDOVA- BÜRONUN VƏ DEPARTAMENTİN VƏKİL MÜDİRİ, ARZU SƏFƏROVA- VƏKİL DİREKTOR MÜAVİNİ ( əvvəlki VƏKİL-DİREKTOR MÜAVİNİ ROMAN İSMAYILOV 2 İLƏ YAXINDIR HƏRBİ MƏHKƏMƏYƏ HAKİM TƏYİN EDİLİB), RAMİL İSGƏNDƏRLİ-VƏKİL DEPARTAMENT MÜDİRİ, ... siyahı 40 vəkil-məmura kimi uzanır) qarşısına hansısa “paykovoy” vəkil çıxa bilər? Bu “çıxışın” öncədən uğursuzluğu göz önündədir və illərdir sürür. Fakt: 15.11.2024-cü ildə Əlirza Həbilova qarşı xüsusi ittihamlı şikayətim 1 ildən sonra Nəsimi məhkəməsindən (h. Solmaz Mustafayeva) Bakı AM-in CK-sına (s/e Qədim Babayev) göndərilib və 12 noyabr Konstitusiya gününə baxış iclası təyin olunub.(?) Orxan Babayevə, Ramil İsgəndərliyə ,... qarşı şikayətə də eləcə. Bu faktın özü də VKRH-nın məhkəməyə qeyri-prosessual sifarişini sübut edir.
Bu vəkil-məmur ordusunun qabağına yalnız VKRH sədrinin çıxa biləcəyi bu faktdan da bəllidir.
Vəkil kimi yüksək keyfiyyətli peşəkar hüquqi yardım göstərmək üçün müqavilə bağlamaq diləyi ilə
Məğrur Bədəlsoy, düşmən mərmisinin 5 qabırğasını, “DOST” məmurlarının pensiyasının 500 faizini apardığı, SN-in rəyi ilə xaricdə müalicəyə ehtiyacı olan 1-ci d. Qarabağ qazisi
P.S. Peşəkar vəkil xidmətinə “əşşədü ehtiyacım” VK üzvü olan tanıdığım vəkillərə üz tutmağıma nədən olub. Kimə üz tutdumsa, Füzuli demiş, özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Birinin “qarnının ağrısı” tutdu, birinin “qıçı tutuldu”. VK üzvü olmayan hüquqçulara isə heç nümayəndə kimi işə çıxmağa da hüquq tanınmır. 10 gündür məhkəmə sədri olmuş vəkil axtarışına çıxmışam, hələ ki tapa bilmirəm. Vidadi bəy Mirkamalın, İkram Kərimovun,...bağlantı nömrələri isə hələ də tapılmır...
Sorğu
Yeni dizaynımız necədir?