GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » VERGİ DƏRƏCƏSİ AŞAĞIDIR, BƏS MAAŞLAR?... - Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

VERGİ DƏRƏCƏSİ AŞAĞIDIR, BƏS MAAŞLAR?... - Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

Tarix: 5-12-2025, 22:24 Bölmə :Cəmiyyət / Ölkə Baxış: 5

VERGİ DƏRƏCƏSİ AŞAĞIDIR, BƏS MAAŞLAR?... -“2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən, 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 %-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər, gəlir vergisinin 3 % olduğu neçə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin ötən günkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir və bu verginin dərəcəsini 50 % aşağı salır: “Qanuna dəyişiklik edilməsəydi, 2500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir – 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik”.

Xatırladaq ki, Azərbaycanda özəl sektorda 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. Belə ki, 2026-cı ildən etibarən özəl sektorda çalışan və aylıq gəliri 2500 manata qədər olanlar 3 % gəlir vergisi ödəyəcəklər. Növbəti illərdə isə bu faiz artacaq – 2027-ci ildən 5 %, 2028-ci ildən isə 7 % vergi tətbiq ediləcək.

Dövlət sektorunda, o cümlədən neft-qaz sahəsində çalışan işçilərin gəlir vergisi dərəcələri gələn il də dəyişmədən qalacaq. Yəni əməkhaqqısı 2500 manatadək olanlardan maaşlarının 14 faizi, 2500 manatdan yüksək maaş alanlardan isə 25 faizi vergi kimi tutulacaq. Başqa sözlə, bu il tətbiq olunan vergi qaydaları növbəti ildə də eyni şəkildə davam edəcək.

Məlumat üçün bildirək ki, hazırda bir sıra ölkələrdə gəlir vergisi rejimi ümumiyyətlə tətbiq edilmir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Monako və s.

Keçmiş SSRİ və qonşu ölkələrə nəzər saldıqda isə həqiqətən də nazirin vurğuladığı kimi gəlir vergisi dərəcələri Azərbaycanla müqayisədə yüksəkdir. Amma burada diqqət çəkən məqam ondan ibarətdir ki, qonşu ölkələrdə orta aylıq əməkhaqqı daha yüksək olduğundan, vergilər çıxıldıqdan sonra işçinin sərəncamında qalan vəsait Azərbaycanla müqayisədə daha çox olur.

Məsələn, hazırda Rusiyada orta aylıq əməkhaqqı 1247 dollar (99 422 rubl), gəlir vergisi isə 13 %-dir. Həmin faiz dərəcəsini maaşdan çıxan zaman işçinin sərəncamında 1084 dollar vəsait qalır. Digər bir region ölkəsi olan Türkiyəyə baxaq: burada orta aylıq əməkhaqqı 1130 dollar (47 420 türk lirəsi), gəlir vergisi isə 15 %-dir. Vergini çıxsaq, işçinin sərəncamında 960 dollar vəsait qalır. Qazaxıstanda 10 % vergi tətbiq edilir. 847 dollar olan orta aylıq əməkhaqqından 10 %-lik məbləğ çıxıldıqda sərəncamda 762 dollar qalır. Gəlir vergisinin 20 % olduğu Gürcüstan və Ermənistanda isə orta aylıq əməkhaqqı müvafiq olaraq 822 və 771 dollar təşkil edir. Həmin vergi dərəcəsi çıxıldıqdan sonra Gürcüstanda vətəndaşın sərəncamında 657 dollar, Ermənistanda isə 616 dollar olur.

Qeyd edək ki, Azərbaycanda hazırda orta aylıq əməkhaqqı 1094 manat (643 dollar) təşkil edir və həmin 3 %-lik vergi dərəcəsini çıxdıqda sərəncamda 623 dollar vəsait qalır. Göründüyü kimi, vergi dərəcəsi hər nə qədər aşağı olsa da, yekunda işçinin sərəncamında qalan məbləğ region ölkələrinin vətəndaşları ilə müqayisədə belə aşağıdır…

Digər MDB və keçmiş sovet respublikalarında orta aylıq əməkhaqqı məbləği də Azərbaycandan yüksəkdir:

-Litva – 2750 dollar (2338 avro) – mart 2025;

-Estoniya – 2366 dollar (2011 avro) – mart 2025;

-Latviya – 1582 dollar (1345 avro) – mart 2025;

-Moldova – 872 dollar (14 568 ley) – mart 2025;

-Belarus – 824 dollar (2718 rubl) – iyun 2025.

Avropaya gəlincə, burada da vergilər kifayət qədər yüksəkdir və gəlirdən, ölkələrin vergi siyasətindən asılı olaraq 11–50 % arasında dəyişir. Amma yenə də yekunda maaş məbləği əsas götürülərək ona uyğun faiz dərəcəsi tətbiq edilir və təbii ki, Avropada da maaşlar kifayət qədər yüksəkdir. Avropa Statistika İdarəsinin (Eurostat) 2024-cü il üçün Avropa İttifaqında illik əməkhaqqı məlumatlarına görə, Avropada tam ştatlı işçilərin orta illik əməkhaqqı əvvəlki illə müqayisədə 5,2 faiz artaraq 39 808 avroya (aylıq 3317 avroya) çatıb. 2023-cü ildə bu illik əməkhaqqı 37 840 avro idi (3153 avro).

Ölkələr üzrə araşdıranda, yüksək maaşların siyahısına aylıq 6900 avro ilə Lüksemburq başçılıq edir. Sonrakı yerdə Danimarka (aylıq 5964 avro), üçüncü yerdə isə İrlandiya (aylıq 5088 avro) gəlir.

Almaniyada maaşlar aylıq 4483 avro, Fransada isə 3650 avro təşkil edib.

Siyahıda əməkhaqqı ən aşağı olan ölkələr – Bolqarıstan (aylıq 1282 avro), Yunanıstan (aylıq 1496 avro) və Macarıstan (aylıq 1538 avro) olub.

Göründüyü kimi, bizdə hər nə qədər faiz dərəcəsinin aşağı olduğu qabardılsa da, son nəticədə çalışanın əlində qalan vəsait Avropa, MDB, elə region ölkələrinin özü ilə belə müqayisədə aşağı olur…/“AzPolitika.info”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“Bizdəki vergi dərəcəsi regionda ən aşağı göstərici olacaq”

    ​“Bizdəki vergi dərəcəsi regionda ən aşağı ...

    21-11-2025, 22:47

  • 
  • Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi obrazı

    Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi ...

    4-06-2013, 12:23

  • 
  • Sosal sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir - RƏSMİ

    Sosal sığorta haqqının ödənilməsinə dair ...

    27-10-2025, 10:57

  • 
  • Maaşdan vergilər belə hesablanacaq – NÜMUNƏLƏR

    Maaşdan vergilər belə hesablanacaq – NÜMUNƏLƏR ...

    7-12-2018, 15:27

  • 
  • Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək

    Azərbaycanda "Youtube"dan pul ...

    31-07-2017, 13:37


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu