GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 1 il oldu - Qəzaya uğrayan təyyarənin yekun hesabatı niyə açıqlanmır?

1 il oldu - Qəzaya uğrayan təyyarənin yekun hesabatı niyə açıqlanmır?

Tarix: 22-12-2025, 22:15 Bölmə :Cəmiyyət Baxış: 12

Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.


2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarə Xəzər dənizi üzərində olarkən “SOS” siqnalı verib və Aktau hava limanına təcili eniş etməyə cəhd göstərsə də, yerə çırpılıb.

Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib. Bu fakt hadisənin sadə texniki nasazlıqdan deyil, kənar fiziki təsirdən qaynaqlandığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Rusiyada cinayət işləri açılıb.

Hadisədən dərhal sonra Qazaxıstanın fövqəladə hallar qurumları genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb, “qara qutu”lar tapılaraq araşdırmaya cəlb olunub. Dekabrın 26-da Azərbaycanda ölkə üzrə matəm elan edilib. Eyni zamanda Çeçenistan rəhbərliyi də dekabrın 28-ni respublikada matəm günü elan edib.

Qəzanın ilk günlərində rəsmi qurumlar səbəblə bağlı dəqiq açıqlama verməsə də, Rusiyanın aviasiya strukturları ilkin versiya kimi təyyarənin quş sürüsü ilə toqquşmuş ola biləcəyini irəli sürüblər.

teyyare-qez-25.jpg (60 KB)

Lakin hadisənin xarakteri bu versiyanın ciddi şübhə altına alınmasına səbəb olub. Artıq dekabrın 26–27-dən etibarən yerli və beynəlxalq müşahidəçilər təyyarənin raket zərbəsinə məruz qalmış ola biləcəyini bildirməyə başlayıblar.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək sərnişin təyyarəsinin Rusiyanın hava məkanında baş vermiş faciəvi insidentə görə üzrxahlığını ifadə edib, həlak olanların ailələrinə başsağlığı verib. Putin hadisəni “Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxilə nəticəsində baş vermiş faciə” kimi dəyərləndirib.

Bundan sonra Azərbaycan tərəfi qəzaya dair beynəlxalq ekspertlərin iştirakı ilə komissiya yaradıldığını və araşdırmanın tam şəffaf aparılacağını elan edib.

Dekabrın 29-da isə Prezident İlham Əliyev daha sərt mövqe ortaya qoyaraq AZAL təyyarəsinin Rusiya hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bəyan edib və Moskvanı bunu rəsmi şəkildə etiraf etməyə çağırıb.

Prezident İlham Əliyev hadisəni “dəhşətli faciə” adlandıraraq Rusiyadan üç əsas tələbi irəli sürüb: rəsmi üzr istənilməsi və günahın etirafı, təyyarəni vuran şəxslərin cəzalandırılması, həlak olanların ailələrinə, yaralananlara və AZAL-a dəyən ziyanın tam ödənilməsi. Dövlət başçısı vurğulayıb ki, təyyarənin gövdəsindəki çoxsaylı deşiklər, sağ qalan ekipaj üzvlərinin və sərnişinlərin ifadələri onun havada raket zərbəsinə məruz qaldığını açıq şəkildə sübut edir.

1735115414_5429167266253106554.jpg (236 KB)

Bu açıqlamadan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə növbəti dəfə zəng edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı zamanı tərəflər AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər. Oxşar məzmunlu məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti də yayıb.

Bununla yanaşı, Rusiya rəsmiləri ehtiyatlı mövqe sərgiləyərək istintaq yekunlaşmadan hər hansı nəticə çıxarmağın düzgün olmadığını bildiriblər. Kreml hadisəni “bədbəxt hadisə” kimi təqdim etməyə çalışıb.

Yanvarın əvvəlində Rusiyaya yaxın bəzi media orqanlarında qəzanın guya pilot səhvi nəticəsində baş verdiyi iddia olunub ki, bu da Azərbaycanda ciddi narazılıq doğurub. Qazaxıstan hökuməti isə araşdırmanın beynəlxalq qaydalara uyğun aparılacağına söz verib.

“Reuters” agentliyi artıq dekabrın 26-da Azərbaycan istintaqına yaxın dörd mənbəyə istinadla təyyarənin Rusiya ordusunun “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu yazıb. Agentlik bildirib ki, Groznı yaxınlığında uçuş zamanı təyyarənin rabitə sistemləri güclü radioelektron müdaxilə nəticəsində sıradan çıxıb və bundan sonra layner səhvən hədəf alınaraq vurulub. ABŞ və Kanada rəsmiləri də ilkin göstəricilərin Rusiya raketinin təyyarəni vurması ehtimalını təsdiqlədiyini açıqlayıblar.

“Euronews” telekanalı isə Azərbaycan hökumətindəki mənbələrə istinadla bildirib ki, Qroznı ətrafında PUA hücumu zamanı aktivləşdirilən Rusiya HHM qüvvələri yanlışlıqla AZAL təyyarəsinə raket atıb. Raketin təyyarənin yaxınlığında partladığı, bunun nəticəsində laynerin ciddi zədələndiyi və Rusiya aerodromlarına eniş icazəsi verilmədiyi qeyd olunub.

7(120).jpg (56 KB)

Araşdırma Çikaqo Konvensiyasına uyğun olaraq Qazaxıstan tərəfinə həvalə edilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi ilkin hesabat açıqlayıb. Hesabatda təyyarənin quyruq hissəsində, stabilizatorlarda, mühərrikdə və qanadda müxtəlif formalı çoxsaylı deşiklərin aşkar edildiyi, struktur daxilində yad metallik fraqmentlərin tapıldığı bildirilib. Qeyd olunub ki, təyyarə quşlarla toqquşmayıb və göyərtədə partlayış baş verməyib.

Dekabrın 27-də Rosaviasiya da etiraf edib ki, AZAL təyyarəsi Groznı üzərində olarkən Rusiya HHM sistemləri aktiv olub. 2025-ci ilin yanvarında isə Rusiya istintaqına yaxın mənbələr “Pantsir-S1” raketi ilə vurulma faktının təsdiqləndiyini iddia ediblər.
Bütün bunlara baxmayaraq, Rusiya tərəfi məsuliyyəti açıq şəkildə üzərinə götürməyib. Azərbaycan isə məsələnin beynəlxalq məhkəməyə çıxarılacağını bəyan edib. Prezident İlham Əliyev bildirib ki, Bakı nə baş verdiyini dəqiq bilir və bunu sübut edə bilər.

Hazırda Qazaxıstan yekun hesabatı açıqlamaq üçün iki xarici laboratoriyanın nəticələrini gözləyir. ICAO qaydalarına əsasən, yekun hesabat hadisədən 12 ay ərzində dərc olunmalıdır.

Aktau faciəsi bir il keçməsinə baxmayaraq, həm regional siyasətdə, həm də Azərbaycan–Rusiya münasibətlərində ağır iz buraxmaqda davam edir./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Qroznı təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib - VİDEO

    Bakı-Qroznı təyyarəsi Aktau şəhərinin 3 km ...

    25-12-2024, 14:48

  • 
  • Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı: göyərtədə 400 nəfər olub

    Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı: ...

    8-11-2015, 15:35

  • 
  • Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - YENİLƏNİB-3

    Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları ...

    12-02-2018, 11:45

  • 
  • Kənar səsdən 21 saniyə sonra AZAL təyyarəsinin 3 hidravlik sistemi sıradan çıxıb - HESABAT

    Kənar səsdən 21 saniyə sonra AZAL təyyarəsinin 3 ...

    5-02-2025, 14:04

  • 
  • İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - YENİLƏNİB-2

    İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ...

    18-02-2018, 17:48


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu