GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Özəldə 730 manata olan əməliyyat dövlətdə 2 mindən baha başa gəlir – Səbəb nədir? – ARAŞDIRMA

Özəldə 730 manata olan əməliyyat dövlətdə 2 mindən baha başa gəlir – Səbəb nədir? – ARAŞDIRMA

Tarix: 27-01-2026, 15:24 Bölmə :Cəmiyyət / GündəmXəbər / Manşet Baxış: 16


İqtisadiyyatda pul çox vaxt soyuq bir vasitə kimi görünür. Amma əslində büdcədəki hər manat, hər dollar vətəndaşın zamanının, enerjisinin və zəhmətinin dövlətə etibar edilmiş formasıdır. Büdcə rəqəm yox, “Çevrilmiş Əməkdir”. Dövlət rəsmisi büdcədən xərcləmə edərkən dövlətin pulunu deyil, müəllimin, fəhlənin, həkimin və ya sahibkarın alın tərini xərclədiyini dərk etməlidir.  Qənaət “Xəsislik” deyil, səmərəlilikdir. Qənaət xərcləri kəsmək (məsələn, təhsildən və ya səhiyyədən qısnamaq) deyil israfın önünə keçməkdir. Zəngin dövlətlər belə resursları sonsuz hesab edib israf etsələr, bir gün səfalətlə üz-üzə qalarlar.Ona görə də inkişaf etmiş dövlətlər(məsələn, Skandinaviya ölkələri və ya Yaponiya) daim zəngin qalmaları üçün israf etmirlər.

Azərbaycanda dövlət bir xəstənin dövlət xəstəxanasında müalicəsi üçün əslində iki fərqli cibdən pul xərcləyir: İcbari Tibbi Sığorta (İTS) Fondu tibbi xidmət haqqını ödəyir. (məsələn, katarakta əməliyyatı 1300 AZN). Dövlət Büdcəsi/Səhiyyə Nazirliyi isə digər xərcləri ödəyir: Kommunal xərclər(İşıq, qaz, su), binanın təmiri, saxlanması, təchizat: (bahalı MRT, KT aparatlarını tenderlə çox vaxt bazar qiymətindən də baha alır və xəstəxanaya verir) ,sabit maaşlar (həkimlərin və personalın bonuslar xaric baza maaşları).

Nəticədə dövlət xəstəxanasında bir katarakta əməliyyatı dövlətə 1300 AZN (Xidmət) + Kommunal + Avadanlıq + Maaş = Təxminən 2500-3000 AZN-ə başa gəlir (şərti rəqəm).

Bəs İTS xəstəni özələ göndərəndə nə baş verir?

Sadəcə xidmət haqqını (məsələn, katarakta əməliyyatı üçün 730 AZN) ödəyir. Özəl xəstəxana həmin 730 manatın içindən həkimin maaşını ödəyir, avadanlığını özü alır, tibbi sərfiyyatları alır, kommunal xərclərini ödəyir, personalın maaşını verir, binasını təmir edib saxlayır və ən əsası dövlətə vergi ödəyir! Nəticədə özəl xəstəxanada eyni əməliyyat dövlətə cəmi 730 AZN-ə başa gəlir, üstəlik vergi şəklində bir hissəsi geri qayıdır.

Bəs dövlət niyə özünə ziyan edir? Əgər özələ göndərmək dövlət üçün 3-4 qat daha ucuzdursa, niyə xəstəni zorla, baha başa gələn dövlət xəstəxanasına göndərirlər?

Əgər hamı özələ getsə dövlət xəstəxanaları boş qalacaq, dəhlizlərdə yel əsəcək. Maliyyə Nazirliyi haqlı olaraq sual verəcək: “Əgər bu xəstəxanalara heç kim gəlmirsə, biz niyə milyardlarla vəsait ayırıb bu nəhəng binaları saxlayırıq? Niyə TƏBİB adlı nəhəng bir quruma ehtiyac var?”. Xəstəxana işləsin deyə ora daim dərman, ərzaq, tibbi ləvazimat, bahalı avadanlıqlar alınır və binalar təmir olunur. Bu satınalmalar dövlət büdcəsindən milyonlarla manat xərc deməkdir. Əgər xəstə olmasa, “bizə yeni tomoqrafiya aparatı lazımdır” və ya “bu il 1 ton dərman lazımdır” deyib tender elan edə bilməzlər.

Özəl sektora gedən pul isə bu çarxı dayandırır. Dövlət faktiki olaraq, sizin sağlamlığınız və pulunuz hesabına, səmərəsiz, baha və keyfiyyətsiz bir sistemi süni nəfəs aparatında saxlayır.

Dövlət xəstəxanasına 1300 manat ödəmək, İTS (dövlət qurumu) üçün, özəl xəstəxanaya 730 manat ödəməkdən daha “sərfəli” sayılır. Niyə? Özəl sektora gedən pul sistemdən çıxır. O pul gedir sahibkara, vergiyə və s. İTS o pulu itirmiş sayılır. Dövlət xəstəxanasına gedən pul: Sistemdə qalır.

İTS pulu TƏBİB-in tabeliyindəki xəstəxanaya köçürəndə, faktiki olaraq dövlət pulu öz daxilində dövr etdirir. Nəticədə onlar üçün önəmli olan xidmətin ucuz başa gəlməsi yox, maliyyə axınının öz sistemlərindən kənara çıxmamasıdır. Yəni, “bizim pulumuz yadın (özəl sektorun) cibinə getməsin, qoy elə öz xəstəxanamızda qalsın, lap baha olsa da olar”.

Bu, büdcə vəsaitinin səmərəsiz və məqsədyönlü şəkildə israf edilməsidir.

Keçək digər məsələyə: ITS-lə pasientin həkim seçmə hüququna

Hamıya məlumdur ki, icbari tibbi sığorta sistemində biz vətəndaşların həkim seçimi azadlığı faktiki olaraq əlimizdən alınıb. İllərdir tanıdığımız, güvəndiyimiz həkim özəl klinikadadırsa, təəssüf ki, ona müraciət edə bilmirik. Agentlik rəsmi şəkildə bildirir ki, 200 özəl klinika ilə müqavilə var və əgər lazım olan xidmət dövlət xəstəxanasında yoxdursa, vətəndaş özələ yönləndirilə bilər.

Amma gəlin görək, reallıq necədir?

Biz heç dövlətdə göstərilməyən xidmət üçün belə göndəriş ala bilmirik. Hətta bütün xidmətlərin dövlət xəstəxanalarında mövcud olduğunu qəbul etsək belə, vətəndaşı həkim seçmək azadlığından məhrum etmək doğru deyil. Əgər hər həkimin diplomu var deyə, hamısını eyni tərəziyə qoyursunuzsa, yanılırsınız. Diplom bərabərlik göstəricisi deyil. Lisenziya imtahanları sadəcə “minimum standartı” yoxlayır. Lakin tibb təkcə elm deyil, həm də sənətdir. Bir cərrahın anatomiyanı bilməsi ilə onun əlinin yüngüllüyü, toxumalarla işləmə incəliyi və anlıq qərarvermə bacarığı tamamilə fərqli şeylərdir. Bu, notları bilən hər kəsin virtuoz bəstəkar ola bilməməsinə bənzəyir. Diaqnoz qoymaq təkcə analiz nəticələrinə baxmaq deyil, xəstəni “duymaq”dır. Bəzi həkimlər xəstəni dinləyir, bəziləri isə yola verir. Müalicədə ən vacib amil inamdır. İnamın olması sağalmağın yarısıdır. Əgər pasient həkiminə inanmırsa, şüuraltı olaraq müalicəyə müqavimət göstərir. Pasientin tam güvəndiyi həkimin təyin etdiyi adi bir vitamin belə, məcburi yönləndirilən həkimin güclü dərmanından daha yaxşı təsir edə bilər. Çünki psixosomatik rahatlıq immuniteti gücləndirir. Seçim haqqı olmayan yerdə xidmət alan tərəf yox, girov vardır. Əgər ödəniş məcburi tutulursa, ən azından canımı və sağlamlığımı kimə əmanət edəcəyimi seçmək mənim müstəsna hüququmdur. Maaşımdan tutulan vəsait sədəqə deyil, xidmət haqqıdır. Xidmət alan tərəf isə minnət götürməz, keyfiyyət tələb edər. Məni inamım olmayan bir həkimə məcbur etmək, mənim ‘xidmət alan’ hüququmu əlimdən alıb, məni “girov”a çevirməkdir. Sanki dövlət bizə pulsuz saç kəsimi talonu verir, amma deyir ki, “yalnız bu bərbərdə kəsdirə bilərsən, istər qulağını kəssin, istər saçını xarab eləsin. Mənə inanmalısan, çünki başqa çarən yoxdur.

Vətəndaş haqqlı olaraq düşünür: “Pulumu məndən soruşmadan kəsirsən, amma xidməti seçməyə icazə vermirsən”. Normalda siz pul ödədiyiniz hər hansı bir xidmətdə (istər sığorta, istər bərbər) “xidmət alan” tərəfsiniz və sizin seçim etməniz haqqınızdır. İTS-in mahiyyətinə görə, hər ay maaşdan tutulan sığorta haqqı bir növ sağlamlıq vergisidir. Onların yanaşması budur: “Pulsuz tibbi xidmət istəyirsənsə mənim çaldığım musiqiyə oynayacaqsan”./milli.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirusa yoluxanların müalicəsi neçəyə başa gəlir?

    Koronavirusa yoluxanların müalicəsi neçəyə başa ...

    11-04-2020, 22:00

  • 
  • İcbari Tibbi Sığortanın göndəriş ma­xinasiyasının gizlin­ləri - ŞOK GƏLİŞMƏ

    İcbari Tibbi Sığortanın göndəriş ma­xinasiyasının ...

    28-11-2023, 16:09

  • 
  • Yanvarın 1-dən İcbari Tibbi Sığorta haqqı tutulacaq

    Yanvarın 1-dən İcbari Tibbi Sığorta haqqı ...

    3-12-2019, 11:20

  • 
  • “Çəkinmədən deyirlər ki, 5-10 manat ver” - Adı pulsuz, özü pullu tibbi sığorta...

    “Çəkinmədən deyirlər ki, 5-10 manat ver” - Adı ...

    3-06-2022, 17:15

  • 
  • Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni "öldürürlər"

    Topçubaşov xəstəxanasında 3 min manata görə ...

    10-01-2014, 16:16


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu