GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Türk köklərim ilə fəxr edirəm"-Boris Consonun atası elə şeylər danışdı ki...

"Türk köklərim ilə fəxr edirəm"-Boris Consonun atası elə şeylər danışdı ki...

Tarix: 18-05-2026, 11:13 Bölmə :Cəmiyyət Baxış: 5

“Atam yarı türk idi, çünki onun atası tamamilə türk idi. Atam öz atası Əli Kamalı heç vaxt tanımadı. Mən də babam Əli Kamalı yalnız onun haqqında oxuduqlarımla və araşdırmalarımla tanımışam. Amma indi onun haqqında çox şey bilirəm. Türk köklərim və irsimlə fəxr edirəm...”

Bu fikirləri Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun atası, britaniyalı-fransız yazıçı, keçmiş avroparlamentari və ictimai xadim Stenli Conson jurnalist Hafiz Əhmədovun suallarını cavablandırarkən səsləndirib.

Uzun illər Avropa siyasətində, beynəlxalq təşkilatlarda və ictimai fəaliyyət sahəsində çalışan Stenli Conson müsahibə zamanı təkcə ailə köklərindən danışmayıb. O, həmçinin Avropanın gələcəyi, Böyük Britaniya ilə Avropa Birliyi münasibətləri, qlobal iqlim dəyişiklikləri, dünya əhalisinin sürətlə artması, ekologiya problemləri və Boris Conson ətrafında yaranan siyasi qalmaqallarla bağlı diqqətçəkən fikirlərini bölüşüb. Müsahibədə ən çox maraq doğuran məqamlardan biri isə onun Azərbaycan və türk dünyası ilə bağlı söylədikləri olub.

Əvvəlcə onu qeyd edək ki, bu müsahibə COP29 ərəfəsində alınıb. Həmin dövrdə dünyanın diqqəti Bakıda keçiriləcək beynəlxalq iqlim sammitinə yönəlmişdi. Aradan bir neçə il keçməsinə baxmayaraq, Stenli Consonun səsləndirdiyi fikirlər bu gün də aktuallığını qoruyur. Xüsusilə onun Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması, enerji siyasəti və iqlim dəyişiklikləri ilə bağlı söylədiyi fikirlər yenidən maraq doğurur.

Stenli Conson Bakı haqqında danışarkən Azərbaycanın mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb və bildirib ki, dünyanın gözü məhz Bakıda olacaq:

“Bu il dünyanın gözü Azərbaycanda, xüsusilə də Bakıda olacaq. Çünki BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 konfransı Azərbaycanın paytaxtında keçiriləcək. Bu, son dərəcə mühüm beynəlxalq hadisədir. Tarixən neft sənayesinin formalaşdığı məkanlardan biri olan Azərbaycanın indi həmin sənayenin yaratdığı problemlərin həllində mühüm rol oynaması simvolik məna daşıyır”.

Müsahibənin diqqət çəkən hissələrindən biri də Boris Consonla bağlı söylənilən fikirlər olub. Stenli Conson oğlunun “Partiqeyt” qalmaqalı ətrafında haqsız şəkildə hədəfə alındığını düşünür. O, Boris Conson barədə formalaşdırılan bəzi fikirlərin reallığı əks etdirmədiyini bildirib:

“Borislə bağlı ən böyük yanlış fikir onun “Partiqeyt” məsələsində parlamenti aldatmasıdır. Bu tam cəfəngiyyatdır. Boris parlamentdəki bəzi şəxslərin təşkil etdiyi kinli və şəxsi maraqlara xidmət edən siyasi sui-qəsdin qurbanı oldu. Düşünürəm ki, həmin insanların çoxu artıq bu prosesdə oynadıqları rola görə peşmandırlar”.

“Boris Consonun tarixdə necə xatırlanmasını istərdiniz?” sualına isə o, belə cavab verib:

“Tarixin öz hökmünü verməsi üçün hələ yazılacaq çox fəsillər var”.

Stenli Conson müsahibədə Avropanın gələcəyi ilə bağlı da maraqlı fikirlər səsləndirib. O hesab edir ki, Böyük Britaniya ilə Avropa Birliyi arasında münasibətlərin yenidən normallaşmasına ehtiyac var:

“Mənim fikrimcə, hazırda əsas məsələ Böyük Britaniyanın Avropa ilə körpüləri yenidən qurmasıdır. Ətraf mühit, elm, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da genişlənməlidir”.

O, həmçinin dünya əhalisinin sürətlə artmasını bəşəriyyət üçün ciddi təhlükə hesab etdiyini də bildirib:

“Mən böyüyəndə dünya əhalisi təxminən 2-3 milyard idi. İndi isə 9 milyarda yaxınlaşır. Təbiətin və vəhşi həyatın məhv olması dövrümüzün ən böyük faciələrindən biridir”.

Müsahibənin ən maraqlı hissələrindən biri isə Stenli Consonun türk kökləri ilə bağlı dedikləri olub. O, ailəsinin türk irsi ilə hər zaman fəxr etdiyini xüsusi vurğulayıb və babası Əli Kamal haqqında danışıb:

“Atam yarı türk idi, çünki atası tamamilə türk idi. Atam öz atası Əli Kamalı heç vaxt tanımadı. Mən də Əli Kamalı — türkçü babamı — yalnız onun haqqında əldə etdiyim məlumatlarla tanımışam. Amma indi onun haqqında çox şey bilirəm və türk köklərimlə, irsimlə fəxr edirəm”.

Stenli Conson bildirib ki, ailəsinin türk dünyası ilə əlaqələri bu gün də davam edir:

“Atamın ögey qardaşı Zəki Küneralp Türkiyənin ən tanınmış diplomatlarından biri idi. Mən hələ də türk qohumlarımla sıx əlaqə saxlayıram və hiss edirəm ki, mənim türk ailəm var”.

O, Azərbaycanla bağlı da isti fikirlər səsləndirib və Bakıya səfər etmək arzusunu dilə gətirib:

“Mən Azərbaycana səfər etməyi çox istərdim. İllər ərzində Türkiyə, İran, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və digər ölkələr daxil olmaqla Orta Asiyada kifayət qədər geniş səyahətlər etmişəm. Amma hələ Azərbaycanda olmamışam”.

Azərbaycan gənclərinə mesaj göndərən Stenli Conson bildirib ki, Bakıda keçiriləcək beynəlxalq tədbirlərin ölkənin dünyadakı rolunu daha da artıracağına inanır:

“Azərbaycan gənclərinə mesajım budur: Mən sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İttifaqı Boris Consonun təklifi ilə bağlı danışıq aparmağı rədd edib

    Avropa İttifaqı Boris Consonun təklifi ilə bağlı ...

    5-10-2019, 20:41

  • 
  • Boris Conson vəziyyəti pisləşdikdən sonra reanimasiya şöbəsinə köçürülüb

    Boris Conson vəziyyəti pisləşdikdən sonra ...

    7-04-2020, 12:18

  • 
  • Ali Məhkəmə Boris Consonun parlamenti təxirə salmaq qərarının qanunsuz olduğuna dair qərar çıxarıb

    Ali Məhkəmə Boris Consonun parlamenti təxirə ...

    25-09-2019, 14:06

  • 
  • Məşhur siyasətçini arvadı evdən qovdu - VİDEO - FOTO

    Məşhur siyasətçini arvadı evdən qovdu - VİDEO - ...

    7-09-2018, 16:37

  • 
  • "Süleymani bizim üçün təhlükə idi, amma qisas..." - Conson

    "Süleymani bizim üçün təhlükə idi, amma ...

    6-01-2020, 12:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu