Bakıda sərnişin avtobus qəza törədib, yaralananlar var.
gundemxeber.com xəbər verir ki, şahidlərin report-a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.
Belə ki, 10- TE-168 qeydiyyat nömrə nişanlı, 98 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?