Gundemxeber.az » Ölkə » Kirminal » 18 yaşlı ana 3 aylıq körpəsini öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb.
Gundemxeber.org yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməyə çalışıb.
İstintaqın versiyasına görə, qadının ehtiyatsız və sərt hərəkətləri nəticəsində körpə həyatını itirib.
Dindirilmə zamanı gənc qadın oğluna əmzik vermək istədiyini, lakin hərəkətinin gücünü düzgün hesablamadığını bildirib.
İstintaq Komitəsi azyaşlının ölümü ilə bağlı qətl maddəsi üzrə cinayət işi açıb. Şübhəli saxlanılıb və istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.
Bundan əlavə, hadisə ilə bağlı məhkəmə-psixiatrik ekspertiza təyin olunub.
Gundemxeber.org
23-01-2015, 12:44
4-08-2016, 12:02
16-01-2019, 10:10
16-04-2019, 14:29
18-07-2013, 01:09
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?