Gundemxeber.az » Ölkə » Kirminal » Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gundemxeber.org
22-08-2020, 11:47
28-07-2020, 11:21
15-10-2018, 12:26
21-05-2021, 12:32
11-10-2018, 15:58
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?