Gundemxeber.az » Ölkə » Kirminal » Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb
![]()
Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonu ərazisində azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb. Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayıb.
Gundemxeber.Az
12-06-2019, 15:48
8-04-2020, 16:36
23-08-2018, 13:04
20-06-2019, 15:38
19-12-2020, 16:48
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?