Gundemxeber.az » Ölkə » Səhifə 2245
O, 2 günlük məzuniyyətə buraxılıb və rayona öz evinə gəlib. Bu barədə AzEuroNews.com–a verilən məlumata görə, avqustun 29 –da, bu gün səhər saatlarında əsgər mağazadan “Hell” adlı enerji içkisi alıb və içib.
Keçmiş Kalinin adına zavod 20 milyon manata özəlləşdirməyə çıxarılıb. Keçmiş Kalinin adına zavodun (indiki Sənayə Avtomatika İstehsalat Birliyi) bu günkü vəziyyəti acınacaqlıdır.
Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. yenicag.az xəbər verir ki, Həşimova müraciətində bunları deyib:
Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətiməlumat yayıb.
Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
“Zəlzələ nəticəsində köhnə tikintilərdə çatlar əmələ gəlib, indiyədək təqribən 40-a yaxın evdə belə çatlar müəyyən edilib. Zəlzələnin mərkəzi Lerikdə (Bakıdan 329 kilometr cənub) olduğu üçün yerlərdən məlumatlar daxil olmaqdadır, bunun sayının artacağı da istisna deyil”. Bu barədə Lerik Raon İcra Hakimiyyətinin şöbə müdiri Habil Məlikov bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov bu gün kollektivə təqdim edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?