Gundemxeber.az » Ölkə » Səhifə 2364
Türkiyədə həbsdə olan amerikalı keşiş ikinci dəfə məhkəmə qarşısına çıxarılıb. Andru Branson casusluq və terrorçularla əlaqəsinə dair ittihamları rədd edib.
7 may uzun illərdir kirayənişin yaşamaqdan təngə gəlmiş insanların ümidlə gözlədiyi gün idi. Bu tarixdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanacaq, onlar da nəhayət mənzil sahibi olacaqdılar.
Mayın 7-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası olub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Baklıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O hazırda Yasamal Polis Idarəsindədir. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.
Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
“Exo” qəzetinin təsisçisi və baş redaktoru Rauf Talışinski mayın 8-də Bakıda vəfat edib. Bu barədə Amerikanın Səsinə onun qardaşı Aydın Talışinski məlumat verib.
Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)-nin keçmiş sədri Emin Hüseynovun Azərbaycan vətəndaşlığından çıxarılması ilə bağlı verdiyi şikayət üzrə kommunikasiyaya başlayıb.
Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.
Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsinə görə 6 nəfər həbs edilib, 3 gömrük işçisi vəzifəsindən azad edilib. Bu barədə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Dövlət Gömrük Xidmətinin (DGK) dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsi ilə bağlı birgə məlumatında deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?