GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan məmurları gəlirlərini necə gizlədirlər?

Azərbaycan məmurları gəlirlərini necə gizlədirlər?

Tarix: 28-04-2014, 09:57 Bölmə :Siyasət Baxış: 831
Azərbaycan məmurları gəlirlərini necə gizlədirlər?
Onların qazandığı halal və haram pullar...

Sovet vaxtı cüzi əməkhaqqı ilə indi adi hal almış bahalı maşına, villalara sahib olmaq qeyri-mümkün idi. Hətta dövlət idarəsində işləyib kifayət qədər yüksək maaş alanlar belə, 100, 200 min dollarlıq maşın almağa çəkinirdilər. Ən azı, cəmiyyətin qınağından, onlara oğru, dövlət əmlakının talançısı damğası vurulmasından qorxurdular. İndi isə tam əksinədir. Ən kiçik vəzifə postu tutanlar qısa zamanda bahalı avtomobil, hətta daşınmaz əmlaka sahib olurlar. Tək özləri yox, oğulları, yaxınları, qohum-əqrəbaları öz var-dövlətlərini nümayiş etdirməkdən belə çəkinmirlər.
Sanki cəmiyyət də bu kimi insanlara tənə etməkdən yorulmuş kimi görünür. Elə zənn edirlər ki, belə də olmalıdır. Həmin insanlar özləri də yaxşı bilirlər ki, əslində halal maaşla bu qədər bahalı sərvətlərə sahib olmaq qeyri-mümkündür. Amma, nədənsə qanunlar baş verənlərin tam əksini göstərir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatı hökm sürdüyündən insanlar müxtəlif firmalara, ticarət obyektlərinə sahibdirlər. Deputat deyir ki, istənilən kəs bu gün ticarətlə məşğul olur, əlavə gəliri var: “Orta gəlir Azərbaycanda çox yüksəkdir. Odur ki, bu kimi qazancın qarşılığında bahalı maşınları alıb sürürlər. Burada qeyri-adi bir şey yoxdur. Sovet rejimində güclü nəzarət var idi, yoxlayıcı orqanlar mövcud idi. İndi azad, demokratik dövlətdir və pul qazanmaq imkanı var”.
Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi təqdim etməsi haqqında qanun 2005-ci ildə qəbul edilib. Elə həmin il prezident qanunun tətbiqi qaydaları ilə bağlı fərman imzalayıb. Fərmanda dövlət başçısının vəzifəli şəxslərin gəlirlərinin bəyanetmə qaydalarının müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə iki ay vaxt vermişdi.
V.Əhmədov gəlirlərin bəyan edilməsi haqqında qanun layihəsinin qəbul olunduğunu desə də hələ də qanunun icra olunmadığını bildirdi. Onun sözlərinə görə, bununla bağlı ölkə başçısı hökumətə göstəriş verib ki, qanunun icrası ilə bağlı məsələ öz həllini tapsın. Buna baxmayaraq qanun hələ də icra edilməmiş qalır.
İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, gəlirlərin bəyan edilməsi haqqında qanun icra olunarsa, hər iki halda məmurlar üçün problem yaradacaq: “Adi bir fəhlənin özü gedib bahalı maşın alsaydı və ya hər hansı sex, yəni qanunsuz iş görmüş olsaydı, dərhal polis orqanları onu yaxasından yapışırdı ki, bu vəsaiti haradan almısınız? Hətta, kimsə özünə daş hasar hörəndə belə, onun hesabını soruşurdular ki, sən bu daş hasarı hansı vəsaitlə hörürsən? Bir sözlə, sovet vaxtı qanunsuz gəlirlərlə mübarizə inzibati metodlarla həddindən artıq güclü idi. 100-150 manata işləyən insanlar da utanmaqdan əlavə, qorxusundan bunu edə bilmirdilər. Sovet dövründə insanlar sadəcə olaraq çəkinirdilər. Cəmiyyətin psixoloji durumu dövrün sisteminə bağlıdır”.
R.Ağayev deyir ki, sovet dövründə əxlaq sistemi çox fərqli idi. Əxlaq sistemi elə formalaşmışdı ki, insanlar harın yaşamaqdan çəkinirdilər. İndi isə qanunsuz gəlirlə yaşayanlar nəinki çəkinir, hətta bunu özlərinə avantaj, üstünlük kimi görürlər.
İqtisadçı təəssüflə qeyd edir ki, bu gün cəmiyyətə nümunə olmalı idarəedicilərin hamısı öz maşınları, dəbdəbəli toyları, villaları ilə sanki “haram yaşayın, amma bu cür yaşayın” nümunəsini göstərirlər. Gəlir bəyannaməsi haqqında qanunun işləməməsinin bir çox səbəbinin olduğunu deyən ekspertin sözlərinə görə, qanun işləyəcəyi halda məmurlar təkcə özlərinin yox, həm də Mülki Məcəllə ilə yaxınlarının və ailə üzvlərinin də gəlirləri ilə bağlı məlumat verməli olacaqlar. Rövşən Ağayev deyir ki, heç bir vəzifəli şəxs gəlirlərin və əmlakın aşkarlığında maraqlı deyil: “Son günlər məmur övladlarının bahalı avtomobilləri ilə bağlı məlumatlar dərc olunur. Qanun işləmədiyinə görə, onlar heç bir məsuliyyət daşımırlar. Halbuki qanunun işləyəcəyi halda məmurlar özlərinin və ailə üzvlərinin əmlakını bəyannamədə göstərməlidirlər. Qanunvericiliyə görə, şəxsin maaşı, gəliri həcmində onun əmlakı olmalıdır. Məlum olsa ki, onun 100 minlik maşını var dərhal istintaq orqanları onun haqqında iş qaldıra bilər ki, bu qədər bahalı avtomobili haradan almısınız? Bəyannamədə bu gəlirləri gizlədəcəkləri halda da sanksiya tətbiq olunacaq. Sənəddə göstərilməyən bahalı maşınlar və ya daşınmaz əmlaklar üzə çıxacağı halda da istintaq orqanı yenə işə girişməlidir ki, bəyannamədə bunlar niyə göstərilməyib. Odur ki, hakimiyyətin bütün eşalonları bu qanunun işləməsində maraqlı deyillər. Çünki, hakimiyyətdə təmsil olunan məmurların aşağıdan yuxarıya hamısı qanunsuz gəlirlə dolanır. Qanun işləyəcəyi halda birinci olaraq bütün gəlirlər bəyan olmalıdır. Bəyan olunacağı halda problem yaranacaq ki, bu qədər maaşa belə bahalı maşın və villalar haradan əldə edilib... İkinci halda bütün bunları gizlətdikləri təqdirdə nə zamansa ortaya çıxanda məsuliyyət daşıyacaqlar ki, bütün bunlar hansı səbəbdən gizlədilib”.
E.Cavadlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda hansı müxalifət partiyasının sədri 85 min manata maşın aldı?

    Azərbaycanda hansı müxalifət partiyasının sədri ...

    3-12-2013, 13:00

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • İrşad Əliyevin oğlunun avtomobil xəzinəsi

    İrşad Əliyevin oğlunun avtomobil xəzinəsi ...

    19-02-2014, 23:34

  • 
  • KOLLEC DİREKTORUNUN OĞLU DA ATASINDAN GERİ QALMADI

    KOLLEC DİREKTORUNUN OĞLU DA ATASINDAN GERİ QALMADI ...

    9-02-2016, 15:54

  • 
  • Oğlu bahalı avtomobillərini nümayiş etdirən prokuror işdən qovuldu

    Oğlu bahalı avtomobillərini nümayiş etdirən ...

    21-01-2014, 11:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu