GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan üçün kritik AŞ PA sessiyası yaxınlaşır

Azərbaycan üçün kritik AŞ PA sessiyası yaxınlaşır

Tarix: 12-01-2018, 15:43 Bölmə :Siyasət Baxış: 281
Azərbaycan üçün kritik AŞ PA sessiyası yaxınlaşır


Rəsmi Bakının seçimi necə olacaq? – Rəylər...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2018-ci il 22-26 yanvar tarixlərində Strasburqda qış sessiyası keçiriləcək. Sessiyada qurumun yeni prezidenti, İnsan Hüquqları üzrə yeni Müvəkkili və həmçinin, İspaniya üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi seçiləcək.

AŞ PA-nın qış sessiyasında Danimarkanın şahzadəsi, bu ölkənin XİN rəhbəri və baş naziri və Avstriya prezidenti çıxış edəcəklər. Gündəmdəki digər məsələlər Monitorinq Komitəsinin Bosniya və Herseqovina, Estoniya, Yunanıstan, Macarıstan və İrlandiya üçün dövri araşdırma hesabatı, regional və milli azlıqların dillərinin müdafiəsi və Ukraynadakı müharibənin humanitar nəticələrini əhatə edəcək.

Fövqəladə prosedurlara əsasən, qış sessiyasında müzakirə üçün üç müraciət olunub. Bunlardan ikisi İsrail-Fələstin sülh prosesi və Avropa Şurasının buradakı rolu və Avropada baş qaldıran antisemitizm, islamofobiya və yersiz düşmənçiliklə bağlıdır. Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə namizədlərin siyahısında Goran Klemençiç (Sloveniya), Pyer-yves le Borgen (Fransa), Dünya Miyatoviçin (Bosniya və Herseqovina) adları var.

Qeyd edək ki, hazırda Stella Kiriakides AŞ PA-nın prezidenti vəzifəsini icra edir. AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa vermişdi və S.Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da seçilmişdi.

Göründüyü kimi, sessiya Azərbaycanı da yaxından maraqlandırır. Aqramuntu əvəz edəcək şəxsin kimliyinin ölkəmiz üçün əhəmiyyəti göz önündədir. Bu baxımdan Azərbaycan tərəfin sessiyaya ciddi hazırlaşmasının vacibliyi vurğulanır. Digər tərəfdən, rəsmi Bakının namizədlərdən hansını dəstəkləyəcəyi ilə bağlı da suallar doğuran məsələlər var.

Eyni zamanda REAL sədri İlqar Məmmədov və digər siyasi məhbuslar, eləcə də, demokratiya, insan haqları ilə bağlı bəzi məsələlərə görə Azərbaycanla Avropa Şurası arasında son zamanlarda yaranan soyuqluq və bunun davam etməsinin sessiyada rəsmi Bakı üçün müəyyən problemlər yarada biləcəyi qeyd olunur.

AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri “Yeni Müsavat”a açıqlamasında son bir ildə Avropa Şurası Parlament Assambleyasında iştirak etməsə də, bu dəfə iştirak edəcəyini söylədi: “Bu sessiyada olacaq namizədlər barədə konkret məlumatım yoxdur. Amma hər halda, Azərbaycan nümayəndə heyəti bu məsələlərdə ciddi müzakirələr apararaq, öz seçimini edir. Bizim üçün əsas vacib məsələ seçiləcək şəxsin ermənipərəst olmaması meyarıdır. Daha neytral bir şəxsin seçilməsi üzərində dayanılacaq. Aqramuntu əvəz edən şəxs bəlkə də rəhbərliyə seçilməyəcək. Burada çox şey qruplardan asılıdır. Çünki qruplar növbəlilik əsasında Parlament Assambleyasının sədri seçilir. Bəzən çoxluq təşkil edən qrup heç ora uyğun gəlmir. Yəni bir dəfə olubsa, ikinci dəfə olmur. Ona görə də dediyim kimi, qruplardan çox şey asılıdır. İştirak edəndən sonra sessiya barədə daha dəqiq məlumatım olacaq. Açığı, yeni seçiləcək sədrin Azərbaycan üçün daha faydalı ola biləcəyinə ümid etmirəm”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu aprel sessiyasına daha çox ümid edir: “Bizim üçün sədrin kim olmasının fərqi yoxdur. Sadəcə, istəyirik ki, digər dövlətlərə olduğu kimi, bizə də normal münasibət olsun. Bizimkilər də addımlar atmalıdırlar ki, yeni seçiləcək şəxs gələn kimi bizi hədəfə götürməsin. Əgər AŞ PA-da sona qədər qalmaq istəyiriksə, bir sıra addımlara getməliyik. Həm siyasiləri azad etməliyik, həm də Avropa Məhkəməsinə gedən şikayətləri Azərbaycanda həll etməliyik. Çalışmalıyıq ki, yeni seçiləcək şəxslər ölkəmizə normal münasibət sərgiləsinlər. Biz addım atandan sonra yenə də onlar bizə normal münasibət göstərməsələr, o zaman fikirləşmək olar. Avropa Şurası ilə necə münasibətlər quracağımızı o zaman müəyyən edə bilərik. Hazırda AŞ PA-da seçki mərhələsidir. Hər qüvvə öz komandasını formalaşdırır. Bizim də seçimimiz olmalıdır ki, hansı komanda Azərbaycan üçün normaldır. Bunu sessiyaya qədər müəyyən etməli, seçimimizi dəqiqləşdirməliyik. Düşünürəm ki, əsas məsələ apreldə olacaq. O vaxta qədər ciddi addımlar atmalıyıq”./Trend
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AŞPA-nın qış sessiyası sabahdan başlayır

    AŞPA-nın qış sessiyası sabahdan başlayır ...

    23-01-2017, 11:10

  • 
  • AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

    AŞ PA-nın qış sessiyasında Dağlıq Qarabağ ...

    14-01-2016, 17:14

  • 
  • Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu

    Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu ...

    12-10-2016, 19:09

  • 
  • AŞPA həmməruzəçiləri açıqlama yaydılar

    AŞPA həmməruzəçiləri açıqlama yaydılar ...

    30-11-2012, 22:33

  • 
  • Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib

    Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin ...

    28-09-2015, 23:16


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu