Gundemxeber.az » Siyasət » Pənah Hüseyn bir cümlə ilə neçə hədəfi vurub?

Milli Şuranın komissiya sədri Eldəniz Quliyev həmin fikirlə bağlı “Qafqazinfo”ya deyib ki, Pənah Hüseyn ağıllı siyasətçidir, amma bəzən lazım olduğundan çox ağıllılıq nümayiş etdirir: “Pənah bəyin həmin sualına cavab olaraq ondan soruşmaq lazımdır ki, ssenari müəllifi, rejissoru olduğunuz tamaşalarda, rolları payladığınız əsərlərdə hansı nailiyyətləri əldə etmisiniz? Vahid namizədin seçildiyi ərəfədə ağıllı siyasətçi ehtiyatlı davranmalı və bu həssaslığı nəzərə almalıdır”.
ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında Pənah Hüseynin narahatlığını bölüşdüyünü və bu narahatlığa əsas olduğunu bildirdi: “Pənah bəy narahatdır ki, ssenari Rusiyada yazılıb. Rusiyada demokratiya yoxdursa, orada yazılan ssenari nə dərəcədə Azərbaycan xalqının istəklərinə uyğun olacaq? Həmin müsahibədə Pənah Hüseyn etiraf edir ki, müxalifət bu ssenariyə daxil edilib. Bu ssenarinin nəticələrinə görə məsuliyyət müxalifətin, İsa Qəmbərin, Əli Kərimlinin üzərində qalacaq. Orada iştirak edən digər qüvvələrin elə bir məsuliyyəti yoxdur. Yəni sabah nəticəyə görə məsuliyyəti Eldəniz Quliyev kimi adamlar daşımayacaqlar. Çünki Eldəniz Quliyev kimdir ki?! Eldəniz Quliyev siyasətçi olmayıb və bu gün də siyasətçi deyil. O, ictimai-siyasi hadisələrin mahiyyətinə vara bilmir. Sadəcə ona bir rol ayırıblar və həmin rolu oynayır. Xalq həqiqəti net şəkildə bilsə, bir nəfər də olsun Milli Şuranın arxasınca getməz. Xalqın bir dənə müstəqilliyi qalıb əlində. Müstəqillik də əldən gedəndən sonra Eldəniz Quliyev kimi adamlar öz rollarını oynayıb bitirmiş olacaqlar və kənara çəkiləcəklər. Məsuliyyət isə qalacaq Müsavat və AXCP-nin, onların liderlərinin üzərində. Biz heç olmasa verdiyimiz qərarları bilirdik ki, özümüz veririk, bilirdik ki, təklif kimindir, necə müzakirə olunub, hansı nəticələri ola bilər. İndi Moskvadan bir dənə paket gəlir və təkliflər, nə edilməli olan məsələlər orada olur. Burdakı liderlər isə sanki icraçı məmurlar kimi onu icra edirlər. Pənah Hüseyn də, bax, bundan narahatdır”.5-07-2013, 15:14
24-12-2013, 11:37
15-06-2013, 16:16
23-11-2015, 17:52
26-08-2013, 11:18
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?