GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Namizədlərin Qarabağ VƏDİ

Namizədlərin Qarabağ VƏDİ

Tarix: 18-09-2013, 10:36 Bölmə :Siyasət Baxış: 719
Namizədlərin Qarabağ VƏDİ


1988-ci ildən başlayan və Azərbaycan torpaqlarının 20 faizinin itirilməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi bu günə kimi öz müsbət həllini tapa bilməyib. Konfliktin nizamlanması ilə bağlı formaca müxtəlif həll variantları təklif edilsə də, görünən budur ki, bunların heç birinin məzmununda tam olaraq Azərbaycanın dövlət maraqlarını və ərazi bütövlüyünü müdafiə edən müddəalar öz əksini tapmayıb. Azərbaycan siyasi düşərgəsində problemin çözümü ilə bağlı müxtəlif mövqelər sərgilənsə də, əsas hədəf dövlətimizin ərazi bütövlüyü çərçivəsində Qarabağ münaqişəsinin həllinə nail olmaqdan ibarətdir. Ancaq bəzi detallarda fikir ayrılıqları mövcuddur.

Modern.az saytı siyasi müstəvidəki müəyyən incə məqamları nəzərə alıb, Qarabağ sorununun tənzimlənməsi ilə bağlı prezidentliyə namizədlərin mövqelərini öyrənib.

Ümid Partiyası Qarabağın həlli üçün “Cənubi Qafqaz Birliyi”ni təklif edir

Ümid Partiyasının Qarabağ münaqişəsinin həlli ilə bağlı “Cənubi Qafqaz Birliyi” adlı konsepsiyası mövcuddur və seçki təbliğatı zamanı müddəalar seçicilərə də çatdırılacaq. Bu barədə partiyanın namizədi, millət vəkili İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev məlumat verib. Onun sözlərinə görə bu birlik Avropa İttifaqı modelini özündə ehtiva edir. “Qarabağ münaqişəsi bölgəyə demokratiya gətirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu bizim seçki platformamızda da var”-deyən partiya rəsmisi bildirib ki, namizədlərin pulsuz efir vaxtı zamanı da cəmiyyətə bu haqda ətraflı məlumat veriləcək. Kiçik bir araşdırma apararaq Ümid Partiyasının Cənubi Qafqaz modeli ilə bağlı məlumatlar əldə etmişik. Bu ideyaya görə, Cənubi Qafqaz dövlətləri iqtisadi və siyasi əlaqələrinin dərinləşdirməlidir.

Fərəc Quliyev və BAXCP müharibə təklif edir

Prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquluyevin sədri olduğu BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli vurğulayıb ki, partiyanın Qarabağla bağlı mövqeyi birmənalı olub.
“Azərbaycanda peşəkar ordu qurulması təşəbbüsü ilə çıxış etmişik. Azərbaycanda silah-sursat və hərbi texnika ilə silahlandırılmış peşəkar bir ordu qurulmalıdır. Azərbaycan torpaqları hərb yolu ilə azad edilməlidir. Danışıqlar üçünsə konkret müddət verilməlidir. Bu vaxt ərzində Ermənistan işğalçılıq siyasətindən əl çəkməzsə, o zaman hərbi əməliyyatlara başlanacaq”-deyə E. Mirzəbəyli qeyd edib.

Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi, millət vəkili Fərəc Quliyev də əslində BAXCP-nin mövqeyindən fərqlənməyən bir açıqlama verib. O söyləyib ki, seçki kampaniyası zamanı Qarabağla bağlı partiyanın mövqeyini əks etdirən bukletlər də seçicilərə paylanılıb. F. Quliyev vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar danışıqlar variantını mümkünsüz hesab edir. “Amma beynəlxalq təsisatlar danışıqlar yolunu təkid edirlərsə, o zaman vaxt verilməlidir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə heç bir nəticə əldə olunmayacaq. Ermənistanla da danışıqların heç bir mənası yoxdur. BMT özünün qəbul etdiyi 4 qətnamənin həyata keçməsi ilə bağlı icra mexanizmləri yaratmalıdır. Bu mümkün olmazsa, mütləq hərbi yolla itirilmiş ərazilərimiz geri qaytarılmalıdır”.

Cəmil Həsənli: “Problemin həllinin əvvəldən prezidentin üzərinə qoyulması yanlış mövqedir”

Milli Şura da Qarabağın yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bu barədə suallarımızı cavablandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlini sözlərinə görə problemin həllinin əvvəldən prezidentin üzərinə qoyulması yanlış mövqe olub. “Bununla da digər strukturlar problemin müzakirə və həllindən uzaqlaşdırıldı”.

Araz Əlizadə “Vətən müharibəsi”nə başlamağa çağırır

ASDP sədri Araz Əlizadə isə qeyd edib ki, 1991-ci ildən bu günə kimi Qarabağ barədə onun mövqeyi dəyişməyib. Solçuluq ideyalarını daşıyan partiyanın namizədi yalnız “Vətən müharibəsi” modelini məqbul hesab edir. “Peşəkar ordu yaradılmalıdır. 18-20 yaşlı gənclər, 25 yaşdan yuxarı kişilər orduya cəlb olunmalıdır”-deyə A.Əlizadə bildirib.

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müharibə variantı və siyasi danışıqlar yolu Qarabağ probleminin həll edilməsi yanlışdır. “Ən ədalətli variant hüquqi həllə söykənir. Hüquqi müstəvidə və beynəlxalq hüquqa uyğun olaraq Qarabağ problemi həll olunmalıdır. Siyasi danışıqlar yolu ilə yalnız Qarabağı itirə bilərik”, – deyə S. Cəlaloğlu vurğulayıb.

Hafiz Hacıyev: “Qarabağı azad etmək üçün oranı darmadağın edib turp əkəcəm!”

Müasir Müsavat Partiyası isə Qarabağ barədə daha sərt və müharibə əhval-ruhiyyəli mövqeyə malikdir. Partiyanın prezidentliyə namizədi Hafiz Hacıyev seçki platformasının Qarabağla bağlı hissəsində beynəlxalq təşkilatları təhdid edən mesajlar verməyi də unutmayıb.
“Mən prezident seçilsəm, 1 ay ərzində Qarabağ məsələsini həll edəndən sonra Azərbaycanın paytaxtını Xankəndi elan edəcəyəm. Özüm də orda oturub Qarabağın Azərbaycan torpağı olmasını bütün dünyaya sübut edəcəyəm. Danışıqlar müddəti isə çox az olacaq, cəmi bir ay! Bu vaxt ərzində beynəlxalq təşkilatlarla danışıq aparacağıq. ATƏT-in səyləri isə heç bir nəticə vermir. Lazım gəlsə, mən Qarabağı azad etmək üçün oranı darmadağın edib turp əkəcəm! Onun kimə nə dəxli var? Qarabağ bizimdir və axıra qədər onun uğrunda vuruşacağıq. Ordumuzu bir az da gücləndirib, müasir silahlarla təchiz edib Qarabağı bir ay müddətinə azad edə bilərik. Xalq məni seçsə, bir aya işğal olunmuş torpaqlarımızı düşmən işğalından qurtarıb, prezident iqamətgahını da Xankəndinə köçürəcəm”-deyə H.Hacıyev yenə öz ampluasında danışıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edirik

    Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün ...

    24-12-2015, 18:01

  • 
  • Avropa Birliyi də Qarabağ ətrafında baş verənlərdən narahatdır

    Avropa Birliyi də Qarabağ ətrafında baş ...

    29-01-2014, 13:11

  • 
  • Türkiyədən Qarabağ BƏYANATI

    Türkiyədən Qarabağ BƏYANATI ...

    15-07-2016, 15:25

  • 
  • Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil

    Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün ...

    22-11-2013, 11:25

  • 
  • "Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir" - Fransız hüquq müdafiəçisi

    "Dağlıq Qarabağ Azərbaycanın qanuni ...

    11-04-2016, 12:43


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (10)
İyul 2026 (476)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu