Gundemxeber.az » Siyasət » Məgər Bakıdakı israillilər haqqında Xameneiyə məruzə olunmayıb?


Eyni baxış, ayrı-ayrı məqsədlər
Artıq həmin vaxt Londonun IISSinstitutunun tədqiqatçısı Fabian Xinz PUA-larla hərbiləşdirilmiş şiə strukturlarının kütləvi təchizini İranın öz hərbi zəifliyini pərdələmək üçün işləyib hazırladığı asimmetrik strategiyanın tərkib hissəsi kimi qiymətləndirmişdi. Bir sözlə, bu, müharibəni düşmən ərazisində aparmaq kimi Stalin konsepsiyasının sırf İran variantı…
Sonra müxalif İran jurnalistlərinin “Milli həqarətin simmetriyası” adlandırdıqları dövr gəldi. İran liderlərinin İİKK-nin Baş komandanı, “millətin siması” adlandırılan Qasım Süleymaninin qətlinə, Natanzedəki atom tədqiqatları Mərkəzində baş verən sirli partlayışlara, Milli nüvə proqramının rəhbəri Möhsün Fəxrizadənin müəmmalı şəkildə öldürülməsinə, Suriyanın cənubunda İran hərbi bazalarının və İİKK zabitlərinin mütəmadi məhv edilməsinə görə ABŞ imperialistlərindən və “sionist işğalçılar”dan qisas alacaqları ilə bağlı bütün dünyaya verdikləri vədlər elə vəd olaraq da qaldı. Ayətollalar hədələdilər, qorxutdular, ancaq cəzalandırmadılar. “Bilirsən kimi, bilirsən niyə, ancaq bilmirsən nə ilə!” - oxşar vəziyyətlərdə deyirlər.
Nəhayət ötən il Tehranın gözləri tamam açıldı. İkinci Qarabağ müharibəsinə Azərbaycan ordusu Türkiyədə və İsraildə istehsal olunan PUA-ların güc və potensialını nümayiş etdirərək Ermənini atəşkəsə məcbur etdi.
Bu, həmin silahlardır ki, İranın hərbi-sənaye kompleksi “əks layihələşdirmə” prinsipi ilə öz gücünə və imkanlarına uyğun müasir şəklə salmağa çalışır.GUNDEMXEBER.AZ
11-09-2015, 17:08
23-02-2016, 12:59
11-11-2013, 10:29
25-11-2013, 13:13
9-03-2014, 13:23
Sorğu
Yeni dizaynımız necədir?