GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ukraynanın tarixi hərbi qələbəsi yaxınlaşır: Rusiya savaşın ildönümünə qədər məğlub ediləcək

Ukraynanın tarixi hərbi qələbəsi yaxınlaşır: Rusiya savaşın ildönümünə qədər məğlub ediləcək

Tarix: 25-07-2022, 12:03 Bölmə :Siyasət Baxış: 204

Rusiya iqtisadiyyatı artıq durğunluq dövrünə yaxınlaşır, Hərbi Sənaye Kompleksinin bir çox müəssisələri artıq fəaliyyət göstərmir, tank, avtomobil, təyyarə və s. istehsal edən zavodlar dayanıb... Ona görə də, Kreml nə qədər gec deyil, bir tərəfdən nüvə savaşı təhdidi, digər tərəfdən isə İstanbulda "taxıl dəhlizi"nə dair anlaşmanı imzalasa da, ərzaq böhranıyla beynəlxalq rəqiblərini Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində buraxmağa can atır...


Ukrayna savaşı artıq həlledici mərhələ keçmək üzrədir. Hələlik nisbi sakitliyin yarandığı müşahidə olunsa da, yaxın vaxtlarda bu savaş poliqonunda ağır döyüşlərin başlayacağı gözlənilir. Və savaşın yekun qalibinin də məhz bu ağır döyüşlərdən sonra məlum olmağa başlayacağı ehtimal olunur.

Onu da qeyd edək ki, Ukrayna savaşının başlanmasından sonra ötən müddət artıq 150 gün aşıb. Bu müddət ərzində dəfələrlə atəşkəsə və sülh danışıqlarına cəhd göstərilib. Ancaq həmin cəhdlərin hamısı birmənalı şəkildə uğursuz olub. Və bu, Ukrayna savaşının sülh danışıqları masası arxasında dayandırılmasının olduqca çətin məsələ olduğunu göstərir.

Bununla belə, Türkiyənin diplomatik cəhdləri sayəsində Ukrayna və Rusiyanın eyni anlaşmaya imza atmasına da nail olunub. Bir neçə gün öncə rəsmi Ankara "taxıl dəhlizi"nin açılmasına dair İstanbul anlaşmasının imzalanmasını təmin edə bilib. Ancaq bu anlaşmanın icrasının mümkün olub-olmayacağı hələlik kifayət qədər ciddi suallar doğurur.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)

Məsələ ondadır ki, İstanbul anlaşmasının imzalanmasından heç bir sutka keçməmiş Rusiya həmin sənədin icrasına problem yarada biləcək addımlar atıb. Hər halda, Rusiya ordusunun məhz "taxıl dəhlizi"nə aid edilən Odessa limanına raket zərbələri endirməsi Kremlin İstanbul anlaşmasını hər an poza biləcəyini göstərir. Və bu baxımdan, Ukrayna savaşı ətrafında diplomatik nizamlanma imkanlarına böyük ümidlər bəsləmək hələlik çox tezdir.

 Ona görə də, hazırda savaşın davam edəcəyinə və hansı nəticələrə yol aça biləcəyinə yönəlik ehtimallar daha ön plana çıxmış kimi görünür. Hətta Böyük Britaniyanın xarici işlər naziri və baş nazir postuna əsas namizədlərdən biri Liz Trass Rusiyanın Odessa limanına raket zərbələri endirməsini sərt şəkildə qınayıb. O, bildirib ki, Rusiyanın Ukrayna şəhərlərinə hər raket zərbəsindən sonra Böyük Britaniya rəsmi Kiyevə hərbi yardımını daha da artıracaq.

ABŞ-ın rəsmi mövqeyi də Böyük Britaniyanın qərarı ilə üst-üstə düşür. Ağ Evdə Ukraynaya hərbi yardımları daha da artırmaq barədə düşünürlər. Hətta prezident Volodimir Zelenski ilə ABŞ konqresmenləri arasında keçirilən son görüşdən sonra məlum olub ki, Ağ Ev Ukraynaya daha 30 ədəd HİMARS və MLRS raket sistemləri verməyə hazırlaşır.

Əslində, son vaxtlara qədər ABŞ və Qərbin hərbi dəstəyinin ləngiməsindən hər imkanda şikayətlənən rəsmi Kiyev də artıq nisbətən məmnun görünür. Belə anlaşılır ki, Ukrayna ordusu nəhayət, ABŞ və Qərbin vəd etdiyi hərbi yardımları almağa başlayıb. Hər halda, Ukrayna prezidenti Volodimir Zelenski artıq yaxınlaşan qələbə barədə daha inamla danışmaqdan qətiyyən çəkinmir.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

“Qələbəmizə doğru irəliləyirik” deyən prezident Volodimir Zelenski Ukrayna ordusunun Xerson vilayətini addım-addım işğalçılardan azad etməyə başladığını vurğulayıb. Onun sözlərinə görə, Donbasda və Xarkov vilayətində şiddətli döyüşlər gedir. Və Ukraynanın tarixi hərbi qələbəsi o qədər də uzaqda deyil.

Təbii ki, prezident Volodimir Zelenskinin belə optimist açıqlamalar verməsi müəyyən mənada, bəzi Qərb siyasi dairələrinin Ukrayna savaşının hələ uzun müddət, hətta illərlə davam edə biləcəyi barədə iddiaları ilə ziddiyyət təşkil edir. Xüsusilə də, NATO baş katibi Yens Stoltenberqin Ukrayna savaşının tezliklə sona çata biləcəyinə ümid bəsləməyin tamamilə yersiz olduğunu bəyanlaması hələ unudulmayıb. Hətta NATO baş katibi savaşın Rusiyanın tam zəifləməsinə qədər bir neçə il davam edəcəyini də vurğulamışdı.

Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko isə tamamilə fərqli fikirdədir. Onun fikrincə, Ukrayna savaşı tezliklə sona çatacaq və Rusiyanın ağır məğlubiyyəti ilə yekunlaşacaq. Keçmiş diplomat onu da vurğulayıb ki, Rusiya ilə müharibədə Ukraynanın məğlubiyyət ehtimalından danışmaq mümkün deyil: "Çünki ukraynalılar kölə xalq deyillər. Onlar heç vaxt bir daha Rusiyanın boyunduruğu altında qalmağa razı olmayacaqlar. Ona görə də, məğlubiyyət variantını müzakirə etməyə belə, dəyməz".

Vladimir Oqrızko hesab edir ki, hazırda yalnız Ukraynanın nə vaxt qələbə qazanacağı barədə danışmaq mümkündür. O, əmindir ki, Ukrayna ordusu ABŞ və Qərbin vəd etdiyi silahları nə qədər tez silah alarsa, eləcə də Rusiya iqtisadiyyatı nə qədər tez Putin rejimini maliyyə qaynağı təmin etmək imkanlarını itirərsə, qələbə də bir o qədər tez baş verə bilər: "Yəni, NATO baş katibi Y.Stoltenberqin ehtimallarından fərqli olaraq, Ukraynada müharibə illərlə uzanmayacaq".

30159778-cc9d-4dbf-ac41-d1ed809c3e1f.jpg (233 KB)

Maraqlıdır ki, ukraynalı keçmiş diplomat NATO baş katibi Yens Stoltenberqin fəaliyyətindən məmnun olmadığını da qətiyyən göstərməyib. Onun fikrincə, NATO-ya Boris Conson kimi, qətiyyətli, irəliyə baxan və dünənki səhvləri bir daha təkrarlamayan bir adam rəhbərlik etməlidir: "Ona görə də indi Yens Stoltenberqi rahat buraxmaq daha yaxşıdır olar, qoy nə istəyir desin".

Keçmiş diplomat Rusiyanın müharibə üçün kifayət qədər resurslara malik olmamasını isə bir neçə önəmli səbəblə izah etməyə çalışıb. Vladimir Oqrızko hesab edir ki, əgər, gələn ilin əvvəllərində Qərb Rusiya neftindən tamamilə imtina etsə, sanksiyaların tətbiqinə davam etsə, Rusiyanın öz ordusunu təchiz etməsi üçün heç bir maliyyə qaynağı qalmayacaq. Rusiya iqtisadiyyatı artıq durğunluq dövrünə yaxınlaşır. Hərbi Sənaye Kompleksinin bir çox müəssisələri artıq fəaliyyət göstərmir, tank zavodu, avtomobil və təyyarə istehsal edən müəssisələr dayanıb.

Əgər, bütün bunlar doğrudursa, deməli, Rusiya bu ilin sonuna qədər, ən uzağı isə təxminən yaxın altı ay ərzində savaş meydanında indiki balansı qoruyub, saxlaya bilər. Ondan sonra isə Rusiya savaş poliqonunda Ukrayna ordusunun tədricən təşəbbüsü ələ alması ilə barışmalı olacaq. Bu baxımdan, Rusiyanın son davranışları o qədər də təəccüb doğurmamalıdır.

Kremldə də anlayırlar ki, Rusiyanın məğlubiyyət ehtimalı tamamilə realdır. Üstəlik, bu məğlubiyyətin baş verəcəyi zaman o qədər də uzaqda deyil. Hər halda, Ukraynaya qoşun yeridilməsinin ilk ildönümündə Rusiya artıq savaş meydanında məğlub dövlət durumuna düşmək təhlükəsi ilə üz-üzə qalmış kimi görünür. Ona görə də, Kreml həm Ukraynanı, həm də onu dəstəkləyən ABŞ və Qərbi tez-tələsik sülh danışıqlarına məcbur etməyə can atır. Buna nail olmaq üçün isə Rusiyanın əlində cəmisi iki təsirli beynəlxalq şantaj faktoru qalıb. Yəni, Kreml bir tərəfdən nüvə savaşı təhdidi, digər tərəfdən isə İstanbulda "taxıl dəhlizi"nə dair anlaşmanı imzalasa da, ərzaq böhranıyla beynəlxalq rəqiblərini Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində buraxmağa can atır./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır

    Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının ...

    9-12-2013, 08:12

  • 
  • Aleksandr Turçinov: “Rusiya geniş miqyaslı hücuma başlasa, kontinental savaş başlayacaq”

    Aleksandr Turçinov: “Rusiya geniş miqyaslı hücuma ...

    15-01-2015, 16:42

  • 
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    2-03-2022, 18:14

  • 
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    23-02-2022, 18:28

  • 
  • Luqanska rus hərbi karvanı girib

    Luqanska rus hərbi karvanı girib ...

    20-08-2014, 13:23


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu