GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Sərhəd təxribatı - kapitulyasiyaya sevinən Paşinyan Aİ missiyasını görüb ürəklənib - ŞƏRH

Sərhəd təxribatı - kapitulyasiyaya sevinən Paşinyan Aİ missiyasını görüb ürəklənib - ŞƏRH

Tarix: 12-04-2023, 19:07 Bölmə :Siyasət Baxış: 218


Ermənistan siyasi rəhbərliyi qonşularla dinc, yanaşı yaşamaq siyasəti həyata keçirməyi bacarmır. 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsindən sonra İrəvanın pozuculuq fəaliyyətindən əl çəkib, Azərbaycanla normal qonşuluq münasibətləri quracağını düşünənlərin proqnozları hələ ki özünü doğrultmur.

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmaqla yenidən təxribata əl atıb.

Bu ilk hal deyil, son illər Ermənistan tez-tez təxribatlara əl atır. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmuşdu. Həmin təxribatı ilə Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoymuşdu. Ancaq onda bu istəkləri baş tutmadı. Həmin hadisədən təxminən 2 ay sonra, sentyabrın 27-də erməni hərbçilərinin atəşkəsi pozaraq yeni təxribatçı addımlarına Azərbaycan Ordusu əks-hücumla cavab verdi. Nəticə ermənilər üçün ağır və sarsıdıcı oldu, işğalçı ölkənin ordusu darmadağın edildi. 44 gün davam edən döyüşlər noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

Bundan nəticə çıxarmayan Ermənistan 2022-ci il sentyabrın 12-14-də Azərbaycanla şərti dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribat törədib

Bu sərhəd hadisələri Ermənistan tərəfdən planlaşdırılmış təxribatdır. Rəsmi İrəvan bununla sərhədyanı ərazidə yerləşən Avropa İttifaqının ermənipərəst mülki monitorinq missiyasına “Azərbaycanın pozuculuq fəaliyyətinə dair” guya “fakt” verir.

N.Paşinyan hökuməti təxribatlara əl atmaqla hiyləgər taktika yürüdür. Onlar güman edirlər ki, Avropa İttifaqı missiyasının Ermənistanda olması nəticəsində Azərbaycanı günahkar qismində göstərə biləcəklər. Ancaq indi İrəvan istəyinə nail ola bilməyib. Ona görə də törətdiyi təxribatlara izahat vermək məcburiyyətindədir. Ermənistan əvvəllər ATƏT-in Minsk qrupu həmsədrlərinə, ondan əvvəl isə Arkadi Volskinin Xüsusi Komitəsinə arxayın olaraq belə təxribatlar çox törədib. Təəssüf ki onda belə qurumlar ermənilərin yalanlarının ayaq açmasına dəstək verirdilər. Elə Azərbaycan torpaqlarının 30 ildən artıq işğal altında qalmasına bais olanlardan biri də belə oyuncaq qurumlar idi.

Ermənilərin təxribatının planlı olduğunu təsdiqləyən faktlar kifayət qədərdir. Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın da həmin ərazidə olması bunu təsdiqləyir. Ermənistan Müdafiə Nazirliyinin özünə bəraət qazandırmaq məqsədilə verdiyi açıqlamalar da ziddiyyətlidir. Ölkə parlamentində deputatlar müdafiə nazirinin müavini Arman Sarkisyandan soruşublar: “Niyə qarşı tərəfin hərbçisinə həmin andaca atəş açılmayıb?” Onun suala cavabı qaneedici olmayıb. Çünki əldə edilən razılığa görə, belə hallarda atəş açılmırsa, o zaman yaxın məsafədə erməni hərbçiləri niyə bu addım atıblar?

O, belə halların təkrarlanmayacağını istisna etməməklə yeni təxribatlar törədəcəklərinin anonsunu veriB

İrəvanın sonuncu təxribatı ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin regiona səfəri ilə eyni günə təsadüf edib.

Elə ötən gün, aprelin 11-də Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcəyi barədə xəbər yayılmışdı.

Bütün bu proseslərin fonunda Ermənistan hakimiyyətinin təxribata əl atması rəsmi İrəvanın sülh danışıqlarından qaçmasının göstəricisidir. Bu təxribat bir daha sübut edir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil, əksinə problemin daha da böyüməsində, qarşıdurmanın artmasında maraqlıdır.

Ona görə də sərhədyanı atışmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Buyar Osmani
Buyar Osmani

Heç şübhəsiz, əvvəllər olduğu kimi bu dəfə də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını qətiyyətlə aldı, qarşı tərəf cavab atəşi ilə susduruldu, Ermənistan ordusu çoxlu sayda itki verdi.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalanmasından 2 il 5 ay keçməsinə baxmayaraq Ermənistan hakimiyyəti üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ötən illərdə olduğu kimi, görünür, yenə də regionun qarışmasında maraqlı olanların dəstəyinə arxayındır. Həmin qüvvələr Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək üçün Ermənistandan və ermənilərdən alət olaraq yararlanırlar.

Bu ölkədə bir-birini müxtəlif yolla, hətta özlərinin iddia etdiyi kimi demokratik seçkilərlə əvəzləyən hakimiyyətlər bir həqiqəti başa düşmürlər. Qonşu dövlətlərlə dinc yanaşı, sülh şəraitində yaşamaq birgə yaşayışın başlıca prinsipidir. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edib, Azərbaycanla münasibətləri normallaşdırmaq, sərhədləri müəyyənləşdirmək, sülh müqaviləsi imzalamaq istiqamətində addımlar atmaqdansa son 3 ildə yalnız sərhədyanı bölgələrdə təxribat törədir, Azərbaycan torpaqlarını yenidən işğal etmək kimi cəfəng ideya ilə yaşayır. Halbuki, onların bu sayaq sərsəmcəsinə törətdikləri əməllərdən arxalandıqları qüvvələr faydalanır, erməni xalqı isə uduzur. Əhali əmin-amanlıqda yaşamaq üçün Ermənistanı tərk edir. Bu ölkənin dəyişən hakimiyyətlərinin pozucu fəaliyyəti, köhnə təfəkkürlü ideoloqlarının çürük, hikkəli düşüncəsi, çoxdan tarixə gömülmüş ermənilik ideologiyası mənsub olduqları etnik qrupun ziyanına işləyir.

SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

    MN: "Kəlbəcər istiqamətində mövqelərimiz ...

    16-08-2021, 20:54

  • 
  • Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutub

    Ermənistan silahlı qüvvələri Azərbaycan ...

    18-08-2021, 10:33

  • 
  • Ermənistan Gədəbəy, Kəlbəcər və Naxçıvanı ATƏŞƏ TUTDU

    Ermənistan Gədəbəy, Kəlbəcər və Naxçıvanı ATƏŞƏ ...

    17-08-2021, 16:26

  • 
  • Azərbaycan Ordusunun Laçın istiqamətində mövqeləri atəşə tutulub

    Azərbaycan Ordusunun Laçın istiqamətində ...

    7-04-2023, 17:04

  • 
  • Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozdu

    Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində ...

    13-08-2021, 12:01


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu