GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan sülhməramlıları bu qərarı gözləyir

Azərbaycan sülhməramlıları bu qərarı gözləyir

Tarix: 5-11-2025, 14:24 Bölmə :Siyasət Baxış: 5

ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza barədə qətnamə layihəsi təqdim edib


Layihə Qəzza zolağına beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur

Noyabrın 3-də ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında bir neçə ölkəyə Qəzza zolağında ən azı iki il müddətinə beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər. Ayna.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin məlumatına görə, qətnamə layihəsi “ABŞ-yə və digər iştirakçı ölkələrə Qəzza zolağını idarə etmək və 2027-ci ilin sonuna qədər təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verir, lakin uzadılma ehtimalı var”.

ABŞ rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunacağını bildirib. Ağ Ev administrasiyası qətnamənin daha sonra səsverməyə çıxarılmasını və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

Qətnamə layihəsi “Qəzza zolağının İsrail və Misirlə sərhədlərinin təhlükəsizliyini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq və əməkdaşlıq edəcəkləri yeni Fələstin polis qüvvələrini yetişdirəcək” beynəlxalq qüvvələrin yaradılmasını nəzərdə tutur. Bu qüvvələr həmçinin “Qəzza zolağının silahsızlaşdırılması, o cümlədən hərbi, terrorçu və hücum infrastrukturunun məhv edilməsi və yenidən qurulmasının qarşısının alınması”, eləcə də anklavda fəaliyyət göstərən qrupların silahlarının müsadirə edilməsindən məsul olacaqlar.

Yada salaq ki, rəsmi Bakı ABŞ-nin istəyi əsasında Azərbaycan hərbçilərinin Qəzzada sabitlik qüvvələrinin tərkibində iştirakı üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac olduğunu bildirib. Yəni beynəlxalq qüvvələrin legitimliyi və mandatı olmalıdır. 

 “İsrail-Hayom” qəzetinin məlumatda bildirilir ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər. İndoneziyanın sülhməramlı qüvvələrdə iştirak təcrübəsi böyükdür. İndoneziya təkid edir ki, missiyada yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarı  olacağı təqdirdə iştirak edəcək. “İsrail Hayom” yazır ki, HƏMAS Qəzzada qaldıqca Azərbaycan qoşunları oraya girməyəcək. Qəzetin yazdığına görə, İndoneziya, Azərbaycan, İordaniya və Mərakeş də daxil olmaqla, Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin potensial iştirakçıları HƏMAS silahlı strukturlarını saxladığı müddətdə qoşun göndərməyə hazır deyillər. 

Qeyd edək ki, bu münaqişəni həll etmək üçün ilk cəhdlər 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının Fələstin üçün Bölmə Planında ön əksini tapıb. Lakin sənəd iki tərəf arasında problemlərin daha da alovlanmasına səbəb olub. Nəticədə 1947-1949-cu illəri əhatə edən İsrail-Fələstin müharibəsi başlayıb. Həmin müharibədən sonra müəyyən sakitlik dövrü olsa da, 1967-ci ildə altı günlük İsrail-Fələstin müharibəsi baş tutub. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum olub. İsrail cavab olaraq iki il anklavda qətliamlar həyata keçirib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı  NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. 

Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi - QÜDSLƏ BAĞLI

    ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi ...

    9-12-2017, 18:16

  • 
  • BMT TŞ Qəzzadakı vəziyyətə görə təcili toplanır

    BMT TŞ Qəzzadakı vəziyyətə görə təcili toplanır ...

    31-03-2018, 11:18

  • 
  • İsrail Qəzza zolağını bombaladı - 7 fələstinli ölüb, 500-ü yaralanıb

    İsrail Qəzza zolağını bombaladı - 7 fələstinli ...

    30-03-2018, 21:07

  • 
  • ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoydu

    ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoydu ...

    19-09-2025, 23:37

  • 
  • İşğal olunmuş Azərbaycan əraziləri BMT-də müzakirə ediləcək

    İşğal olunmuş Azərbaycan əraziləri BMT-də ...

    6-07-2018, 09:54


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu