GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərən səfər

Strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərən səfər

Tarix: 22-06-2026, 22:42 Bölmə :Siyasət Baxış: 3

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu səfər, eyni zamanda Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Azərbaycan və Türkmənistan xalqlarını ortaq etnik köklər, dil birliyi, zəngin mədəni irs, tarixi bağlılıq və ümumi mənəvi dəyərlər birləşdirir. Əsrlərin sınağından çıxmış bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın etibarlı təməlinə çevrilib. Məhz bu möhkəm əsas üzərində formalaşan Azərbaycan-Türkmənistan əlaqələri son illərdə məzmun və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə yüksəlib. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu gücləndirib. Türkmənistan da öz növbəsində Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində fəal iştirak edir. Bu baxımdan Bakı ilə Aşqabad arasında əlaqələrin genişlənməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan–Türkmənistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər və intensiv siyasi dialoq mühüm rol oynayır. Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikası bunun əyani göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistana 2 rəsmi və 5 işgüzar səfər həyata keçirib. Dövlətimizin başçısının 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə iştirakı isə regional əməkdaşlığın yeni formatlar üzrə inkişafına verilən önəmin bariz ifadəsi olub. Bu görüş Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 
Qarşılıqlı münasibətlərin inkişafına Türkmənistan tərəfi də eyni fəallıqla töhfə verir. Belə ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıya səfər etmişdi. Bundan əlavə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov son illərdə Azərbaycana bir neçə dəfə səfər edərək ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Xüsusilə onun 2025-ci ildə Qəbələ şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan parlament rəhbərlərinin görüşü çərçivəsində ölkəmizə səfəri Türk dünyasında siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından diqqətçəkən hadisələrdən biri olub. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət rəhbərləri arasında qarşılıqlı etimad, xalqlarımızı birləşdirən ortaq dəyərlər və üst-üstə düşən milli maraqlar gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə möhkəm əsas yaradır.
Azərbaycan və Türkmənistan arasında formalaşmış əməkdaşlığın mühüm dayaqlarından biri də zəngin hüquqi-normativ bazadır. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və mədəni sahələri əhatə edən 100-dən çox ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər dövlətlərarası münasibətlərin ardıcıl inkişafı üçün möhkəm institusional zəmin formalaşdırmaqla yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini də müəyyənləşdirir. Hüquqi bazanın davamlı şəkildə təkmilləşdirilməsi Bakı ilə Aşqabad arasında əlaqələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivə hesablandığını göstərir. Azərbaycan və Türkmənistan beynəlxalq münasibətlər sistemində də bir-birinin etibarlı tərəfdaşı kimi çıxış edirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər nüfuzlu beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir. 
Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət kursu müstəsna rol oynayır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi nüfuzunu daha da möhkəmləndirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri də dövlət başçıları arasında formalaşmış yüksək etimadın, qarşılıqlı hörmətin və strateji baxışın növbəti təzahürüdür. Bu səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra da daha da genişlənəcək, Xəzər regionunda sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə, eyni zamanda Türk dünyasında həmrəyliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfələr verəcək.
 
Tufan Məmmədov – iqtisadçı ekspert

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkmənistan prezidenti Azərbaycana gəlir

    Türkmənistan prezidenti Azərbaycana gəlir ...

    5-08-2017, 11:00

  • 
  • Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Türkmənistan Nazirlər ...

    18-07-2017, 16:44

  • 
  • İlham Əliyev Türkmənistana səfər edəcək

    İlham Əliyev Türkmənistana səfər edəcək ...

    1-02-2018, 15:06

  • 
  • KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

    KİV: Türkmənistan İlham Əliyevin səfərinə ...

    17-11-2018, 12:12

  • 
  • Prezidentin Belarusa səfəri buna ciddi təkan verəcək – Hacıyev

    Prezidentin Belarusa səfəri buna ciddi təkan ...

    17-11-2018, 15:51


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu