Gundemxeber.az » İdman » İnfantinoya dəstəyi rəsmi şəkildə geri götürdülər
İngiltərə Futbol Assosiasiyası FIFA prezidenti Canni İnfantinonun yenidən bu vəzifəyə seçilməsi üçün verdiyi dəstəyi rəsmi şəkildə geri götürüb.
Gundemxeber.org xəbər verir ki, qərar İnfantinonun dünya çempionatının kommersiyalaşdırılması ilə bağlı böyük tənqidlərə səbəb olan planını ləğv etməsinə və bununla əlaqədar üzrxahlıq məktubu göndərməsinə baxmayaraq dəyişməyib.
Məlumata görə, İnfantino avqustun 5-də FIFA rəhbərliyi ilə keçirilən böhran iclasından sonra yaydığı məktubda mübahisəli təşəbbüsə görə üzr istəyib. FIFA-nın yüksəkvəzifəli rəsmiləri ona tam dəstəklərini bir daha ifadə ediblər. Bununla belə, İngiltərə Futbol Assosiasiyası həftənin əvvəlindən planlaşdırdığı qərardan geri çəkilməyərək İnfantinonun namizədliyi üçün verdiyi dəstəyi rəsmi məktubla geri götürüb.
Daha əvvəl Uels Futbol Assosiasiyası İnfantinoya dəstəyini geri çəkən ilk milli assosiasiya olmuşdu. Sonradan Serbiya, İsveç və Finlandiya da eyni addımı ataraq bu təşəbbüsə qoşulub.
Gundemxeber.org
2-04-2026, 16:42
20-11-2017, 13:07
2-04-2016, 01:40
9-09-2025, 12:03
17-03-2018, 12:13
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?