Gundemxeber.az » İdman » Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
Beynəlxalq Cüdo Federasiyası (IJF) Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğuruna xüsusi yer ayırıb.
Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Məqalədə qeyd olunur ki, çempionatın ikinci günündə ən yaddaqalan və diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub.
Azərbaycanlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodriqo Suares Qarrosaya qalib gələn İlham Zəkiyev növbəti qitə çempionluğunu rəsmiləşdirib.
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin uzunmüddətli uğurlu karyerasını da xüsusi vurğulayıb. Qeyd edilib ki, Zəkiyev ilk dəfə 2004-cü ildə Afina Paralimpiya Oyunlarında çempion olub və dörd il sonra Pekində titulunu qoruyub. Daha sonra London, Tokio və Paris Paralimpiya Oyunlarında üç bürünc medal qazanan paracüdoçu üçqat dünya çempionudur.
Məqalədə İlham Zəkiyevin 20 ildən artıqdır paracüdoda dünyanın ən güclü idmançıları arasında mübarizə apardığı diqqətə çatdırılıb. İlk Paralimpiya çempionluğundan 22 il sonra onun hələ də mübarizə aparması, qalib gəlməsi və Avropa çempionu olması xüsusi vurğulanıb.
Qurum Zəkiyevin qələbəsini Heydelberqdə keçirilən çempionatın əsas simvolik məqamlarından biri kimi qiymətləndirib. Məqalədə bildirilib ki, yarışda paracüdoçuların bir neçə nəsli bir araya gəlib: karyerası 20 ildən çox davam edən təcrübəli idmançılar, artıq öz dövrlərinin ən güclü çempionları olan paracüdoçular və gələcək Paralimpiya tsiklinin əsas simalarına çevrilməyə çalışan gənc idmançılar.
Qeyd edək ki, İlham Zəkiyev 2026-cı il paracüdo üzrə Avropa çempionatında növbəti tarixi uğuruna imza ataraq 10-cu dəfə qitənin ən yaxşı paracüdoçusu titulunu qazanıb.
Gundemxeber.org
21-09-2018, 15:23
16-09-2017, 11:54
19-09-2018, 12:37
21-08-2021, 16:10
27-04-2016, 17:17
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?