Gundemxeber.az » İdman » "Qarabağ"ın rəqibi Bakıda mərhələ keçmək istəyir
“Tvente”nin futbolçusu Daan Rots UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra fikirlərini bildirib.
Gundemxeber.org xəbər verir ki, niderlandlı futbolçu ESPN-ə açıqlamasında məğlubiyyətə baxmayaraq, cavab görüşü ilə bağlı ümidli olduğunu deyib:
“Düşünürəm ki, indi bir az məyusluq var. Amma paltardəyişmə otağında da dedik ki, hesab cəmi 0:1-dir. Gələn həftəki oyuna başımızı dik tutaraq getməliyik”.
Rots “Tvente”nin xüsusilə ikinci hissədə üstün oynadığını düşündüyünü bildirib:
“Məncə, ikinci hissənin böyük hissəsini onların meydanında oynadıq. Hər şey həmişə istədiyimiz səviyyədə alınmasa da, oyunda üstünlük qura və imkanlar yarada bildiyimizi kifayət qədər göstərdik”.
O, Bakıdakı cavab qarşılaşmasında mərhələni keçə biləcəklərinə inandığını vurğulayıb:
“Onlar qol vurdular, amma biz də təxminən həmin məsafədən üç dəfə qapıya zərbə endirdik. Onlar qol vurdular, biz isə yox. Düşünürəm ki, bunu bacarmaq mümkündür”.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
Gundemxeber.org
18-08-2026, 15:20
Dünən, 12:42
28-07-2017, 11:07
12-08-2026, 09:35
24-10-2014, 11:48
Sorğu
Yeni dizaynımız necədir?