Gundemxeber.az » İdman » Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.
Gundemxeber.org xəbər verir ki, yarışda 4 idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri medal qazanıblar. Qərib Atababayev (-55 kq), Raul Məlikzadə (-60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (-60 kq) isə turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığmamız yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.
Gundemxeber.org
16-09-2017, 11:54
4-03-2014, 10:46
13-02-2020, 18:22
4-02-2014, 21:19
17-12-2012, 13:14
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?