Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.
“Report”un əldə etdiyi məlumata göribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında məlumatı təsdiqləyib:
“Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar müvafiq qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər”.
Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?