Futbolçuların transfer dəyərinə əsasən, dünyanın ən bahalı klublarının yeni reytinqi müəyyənləşdirilib.
Bu barədə “Transfermarkt” portalının tərtib etdiyi siyahıda qeyd olunub
Bildirilir ki, siyahının zirvəsində İspaniyanın “Real Madrid” komandası qərarlaşıb. Kral klubunun ümumi dəyəri 1,4 milyard avro olaraq qiymətləndirilib.
İngiltərədən “Arsenal” (1,31 milyard avro), “Mançester Siti” (1,21 milyard avro) və “Liverpul” (1,15 milyard avro), həmçinin Fransanın PSJ (1,15 milyard avro) klubları ilk “beşlik”də yer alıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?