Gundemxeber.az » Dünya » Dünya platforması Türkiyə məhkəməsinin qərarını icra etdi – İmamoğlunun qərargahı bloklandı
Türkiyədə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun seçki qərargahına məxsus X hesabına giriş məhdudlaşdırılıb.
Gundemxeber.org xəbər verir ki, Türkiyə məhkəməsi X sosial şəbəkəsindən İmamoğlunun seçki qərargahının rəsmi hesabının ölkə ərazisində bloklanmasını tələb edib.
X şirkəti məhkəmənin qərarını dərc edərək bildirib ki, yerli qanunvericiliyin tələblərinə əməl edir. Bununla belə, şirkət qərarla razılaşmadığını və ona qarşı hüquqi qaydada etiraz edəcəyini açıqlayıb.
Məhdudiyyət yalnız Türkiyə ərazisində qüvvədə olacaq. X-in açıqlamasına görə, hesabda yerləşdirilən materiallar Türkiyədən kənardakı istifadəçilər üçün əlçatan qalacaq.
Gundemxeber.org
18-01-2020, 11:40
9-04-2019, 21:38
24-06-2019, 10:10
19-03-2025, 22:45
19-03-2025, 23:33
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?