Gundemxeber.az » Dünya » İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb
Avropa İttifaqının Polis Xidmətinin dəstəyi ilə İspaniyanın rəhbərlik etdiyi beynəlxalq əməliyyat nəticəsində Qərbi Aralıq dənizi marşrutu üzrə narkotik, silah və miqrant qaçaqmalçılığı ilə məşğul olan ən iri cinayət şəbəkələrindən biri zərərsizləşdirilib.
Gundemxeber.az xəbər verir ki, “Europol”un məlumatına görə, əməliyyat zamanı İspaniya və Əlcəzairdə xüsusi əhəmiyyətli 3 şübhəli daxil olmaqla 78 nəfərin saxlanıldığı bildirilib. İspaniyada hüquq-mühafizə orqanları 18 sürətli qayıq, 15 min MDMA həbi, 61 kiloqram həşiş, 500 qram kokain, odlu silah, döyüş sursatı, 25 min avrodan çox nağd pul, eləcə də peyk rabitəsi və şifrələnmiş kommunikasiya avadanlıqları müsadirə edib.
Məlumata görə, əsasən əlcəzairəsilli şəxslərdən ibarət şəbəkə İspaniya və Portuqaliyadan Əlcəzairə sintetik narkotik vasitələr, silah və partlayıcı maddələr, əks istiqamətdə isə miqrantlar, həşiş və silah daşıyıb. Miqrantların qanunsuz daşınmasına görə hər bir şəxsdən 12 min avroyadək ödəniş alınıb. Təkcə bu fəaliyyətdən əldə edilən gəlirin 24 milyon avrodan çox olduğu bildirilir.
Qeyd edək ki, ötən həftə İspaniyanın Seuta bölgəsinə kütləvi miqrant axını Avropada ciddi narahatlığa səbəb olmuşdu. İspaniyanın Baş naziri Pedro Sançez hadisə ilə bağlı açıqlamasında qanunsuz miqrantlarına daşınması ilə məşğul olan cinayətkar qruplaşmalara qarşı sərt mübarizə aparılacağını açıqlamışdı. Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirlərinin də iştirakı ilə keçirilən videokonfransda da bu məsələ xüsusilə diqqət mərkəzində saxlanılmışdı.
Gundemxeber.az
18-02-2016, 14:38
10-05-2021, 10:00
10-12-2013, 13:26
8-01-2017, 22:46
5-02-2018, 15:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?