Gundemxeber.az » Dünya » ABŞ Prezidenti: Hörmüz boğazını minalardan təmizlədik
Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini iddia edib.
Gundemxeber.org xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Donald Tramp deyib ki, Hörmüz boğazı İran limanlarına gedənlər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.
"Biz bütün boğazı minalardan təmizlədik. Eşitməmisiniz, amma boğaza 100 faiz nəzarət edirik", - deyə ABŞ Prezidenti diqqətə çatdırıb.
Xatırladaq ki, avqustun 5-də İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ölkəsi ilə Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəldiyini açıqlayıb. Lakin o, razılaşmanın boğazın dərhal açılması demək olmadığını və buna ABŞ-nin addımlarının təsir göstərəcəyini vurğulayıb.
Gundemxeber.org
25-09-2018, 10:56
27-04-2026, 17:27
2-04-2026, 09:58
5-11-2018, 19:59
19-05-2026, 21:50
Sorğu
Yeni dizaynımız necədir?