Gundemxeber.az » Dünya » Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb
Cənubi Amerika ölkəsi Kolumbiyada dünən baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 132-yə yüksəlib. Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində ən çox zərər görən şəhərlərdə — Pereyra, Kali, Kibdo, Manizalesdə "qırmızı həyəcan" elan edilib və təhlükəsizlik məqsədilə bu şəhərlərdə komendant saatı tətbiq olunub.
Axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi şəhərlər arasında ən çox insan tələfatı 60 nəfərin həyatını itirdiyi Pereyra şəhərində qeydə alınıb. Ölkənin üçüncü böyük şəhəri olan Kalidə zəlzələ nəticəsində bəzi yolların uçduğu və on xəstəxananın fəaliyyət göstərə bilmədiyi bildirildiyi halda, bölgəyə dəstək məqsədilə paytaxt Boqotadan və Medellindən axtarış-xilasetmə qrupları göndərilib. Kali şəhərinin meri Alexandro Eder mətbuata açıqlamasında təhlükəsizliyi təmin etmək və talançılığın qarşısını almaq məqsədilə komendant saatı tətbiq edildiyini bildirib və qeyd edib ki, bu qərar təcili yardım və xilasetmə qruplarının öz işlərini daha təhlükəsiz və sürətli şəkildə yerinə yetirmələrini təmin etmək üçün qəbul olunub.
Gundemxeber.org
Dünən, 20:38
2-05-2018, 17:22
20-09-2017, 11:15
9-08-2017, 11:00
3-10-2014, 15:58
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?