Gundemxeber.az » Dünya » Rusiya keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı həbsdən azad edib
Rusiya 2022-ci ildən həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı azad edib.
Bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmilərinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin 32 yaşlı amerikalının səhhəti ilə əlaqədar əfv olunmasına razılıq verib.
Ağ Ev və Dövlət Departamenti Moskvanı Gilmanı azad etməyə və onun ABŞ-da müalicə almasına imkan yaratmağa çağırmışdı.
Gilman Voronejdəki həbsxanada saxlanılırdı. O, Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, xuliqanlıqda və koloniyanın əməkdaşlarına hücum etməkdə təqsirli bilinib.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Gilman çərşənbə axşamı ABŞ Dövlət Departamentinin təyyarəsi ilə Rusiyadan Vaşinqton yaxınlığındakı Dalles hava limanına aparılıb.
Gundemxeber.org
8-10-2024, 20:35
6-12-2018, 11:33
10-08-2017, 12:07
8-10-2013, 11:12
29-10-2018, 12:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?