Gundemxeber.az » Dünya » Cənubi Koreyanın İnçxon hava limanı beynəlxalq sərnişin axınına görə dünyada birinci olub
Cənubi Koreyanın İnçxon Beynəlxalq Hava Limanı ilk dəfə beynəlxalq sərnişin axınına görə dünyanın ən işlək hava limanı olub.
Gundemxeber.org BBC-yə istinadla xəbər verir ki, Beynəlxalq Hava Limanları Şurasının ilkin məlumatlarına əsasən, bu ilin ilk altı ayında İnçxon Beynəlxalq Hava Limanı 38,4 milyon beynəlxalq sərnişinə xidmət göstərib.
Siyahıda Londonun Hitrou hava limanı 37,79 milyon sərnişinlə ikinci, Sinqapurun Çangi hava limanı isə 34,53 milyon sərnişinlə üçüncü yerdə qərarlaşıb.
İnçxon hava limanının rəhbərliyi sərnişin sayındakı artımı qismən ABŞ ilə İran arasındakı münaqişə səbəbindən Yaxın Şərqin əsas aviasiya qovşaqlarından sərnişin axınının başqa istiqamətlərə yönəlməsi ilə əlaqələndirib.
2024 və 2025-ci illərin yekun göstəricilərinə əsasən ikinci yerdə qərarlaşan Dubay Beynəlxalq Hava Limanının bu dəfə ilk beşlikdən kənarda qalacağı gözlənilir. Hitrou hava limanı 2024-cü ildə beynəlxalq sərnişin axınına görə beşinci, 2025-ci ildə isə yeddinci yerdə olub. İnçxon həmin illərdə müvafiq olaraq 12-ci və 13-cü yerləri tutub.
İnçxon Beynəlxalq Hava Limanı Korporasiyasının məlumatına görə, əvvəllər Avropaya səfər zamanı Dubaydan tranzit məntəqəsi kimi istifadə edən bəzi sərnişinlər indi İnçxon üzərindən uçmağa üstünlük verirlər. Bunun nəticəsində hava limanında tranzit sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.
Gundemxeber.org
30-05-2013, 11:58
27-11-2014, 20:00
26-11-2020, 14:20
13-01-2022, 09:27
29-06-2016, 16:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?