Gundemxeber.az » Dünya » Rusiyanın Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib
Rusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. Son məlumatlara görə, Leninqrad vilayəti üzərində Ukraynanın 54 dronu zərərsizləşdirilib.
Sankt-Peterburqdakı Pulkovo hava limanı Moskva vaxtı ilə saat 03:03-dən etibarən yalnız əvvəlcədən razılaşdırılan uçuşların yerinə yetirilməsinə keçib.
Dron hücumunun nəticələri Tver vilayətinin Kalininski rayonunda da qeydə alınıb. Burada “Wildberries” anbarının divarı zədələnib. Obyektdə yaranan tüstülənmə tez bir zamanda söndürülüb. İşçilər arasında xəsarət alman yoxdur.
Gundemxeber.org
2-04-2018, 11:54
7-07-2025, 11:03
8-08-2026, 13:29
22-11-2017, 11:23
6-05-2025, 13:15
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?