Gundemxeber.az » Dünya » Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
Almaniyanın Saksoniya əyalətində İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki İraq vətəndaşı saxlanılıb.
Gundemxeber.org xəbər verir ki, Drezden Baş Prokurorluğunun məlumatına görə, 33 və 27 yaşlı şəxslər Drezden və Köniqştayn şəhərlərində keçirilən əməliyyatlar zamanı saxlanılıblar. Onların hər biri barəsində Drezden Ali Əyalət Məhkəməsinin həbs qərarı olub.
İstintaqın versiyasına əsasən, şübhəlilər 2016-2017-ci illərdə müxtəlif hərbi birləşmələrin tərkibində İŞİD sıralarında döyüşçü kimi fəaliyyət göstəriblər. Onların bu fəaliyyətə görə aylıq ödəniş aldığı bildirilir.
Əməliyyat zamanı mobil telefonlar, noutbuk və şəxsiyyəti təsdiq edən sənədlər götürülüb. Hazırda istintaq tədbirləri və maddi sübutların təhqiqatı davam etdirilir.
Gundemxeber.org
29-10-2017, 17:28
17-09-2017, 11:47
22-11-2014, 02:15
6-12-2016, 23:55
27-03-2017, 01:52
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?