Gundemxeber.az » Dünya » Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub
Kolumbiyanın Kundinamarka departamentində mədəndə baş verən partlayışı nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə xilas edilib.
Gundemxeber.org xəbər verir ki, “Blu Radio"nun regional qubernator Xorxe Emilio Reyə istinadla yaydığı məlumata görə, xilasedicilər Kukunuba bələdiyyəsinin La Ramada ərazisindəki mədəndən 6 nəfərin cəsədini çıxarıblar. Hadisədən əvvəl əraziyə baxış keçirən müfəttişlərin təhlükəsizlik pozuntuları aşkar etdiyi və mədəndəki fəaliyyəti rəsmən dayandırdığı bildirilir. Hazırda mütəxəssislər partlayışın dəqiq səbəblərini öyrənməklə yanaşı, rəsmi qadağaya baxmayaraq, mədəndə işlərin niyə davam etdirildiyini araşdırırlar.
Gundemxeber.org
26-02-2016, 12:31
13-08-2026, 08:36
10-08-2026, 10:25
1-07-2020, 12:09
14-05-2014, 10:48
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?