Gundemxeber.az » Dünya » Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib
Berlində keçirilən “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib.
Gundemxeber.org xəbər verir ki, “rbb24” portalı təşkilatçılara istinadla iştirakçı sayının 200 min nəfər olduğunu açıqlayıb.
“Imagine Love” şüarı ilə keçirilən paradın iştirakçıları iyulun 25-də Berlində törədilmiş terror aktı qurbanlarının xatirəsini yad ediblər. Məhz həmin hücumla əlaqədar texnoparad yüksək təhlükəsizlik tədbirləri fonunda baş tutub. Tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunması üçün gün ərzində 1500 polis əməkdaşı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Əraziyə helikopter və dronlarla nəzarət olunub, kritik məntəqələrdə ağır mobil baryerlər quraşdırılıb.
Brandenburq qapısı ilə Zəfər sütunu arasındakı 17 İyun küçəsində keçirilən parad bu il beşinci dəfə təşkil olunub. Parad sülh, həmrəylik və elektron musiqi mədəniyyətinin qorunmasına çağırış edir.
Gundemxeber.org
13-08-2026, 00:42
10-07-2016, 15:27
9-01-2020, 11:50
22-09-2018, 14:47
26-12-2020, 12:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?