Gundemxeber.az » Dünya » Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib
Fransa sahillərindən La-Manş boğazını keçərək Böyük Britaniyaya çatmağa çalışan 140-a yaxın miqrant xilas edilib.
Gundemxeber.org “The Independent”ə istinadla xəbər verir ki, Fransa dəniz xidmətlərinin həyata keçirdiyi xilasetmə əməliyyatı avqustun 14-də səhər saatlarında başlayıb. Sen-Oben-sür-Mer müşahidə məntəqəsi Normandiya sahillərində Böyük Britaniya istiqamətində hərəkət edən miqrant qayığını aşkar edib. Bundan sonra iki patrul gəmisi qayığın hərəkətini izləməyə başlayıb.
Avqustun 14-də axşam saatlarında Berk-sür-Mer sahillərində 40-a yaxın miqrantın dənizdə onları götürəcək qayığı gözlədiyi müəyyən edilib. Su səviyyəsinin qalxması nəticəsində həmin şəxslər sahildə köməksiz vəziyyətdə qalıblar. Xilasetmə xidmətləri onları təhlükəsiz əraziyə çıxarıb.
Əməliyyat gecə saatlarında da davam edib. Daha sonra sahilin başqa hissəsində xilasedici jilet geyinmiş 82 nəfərin eyni qayığa minməyi gözlədiyi müəyyən olunub. Lakin əlverişsiz hava şəraiti səbəbindən onlar qayığa minə bilməyiblər. Qayıqda olan təxminən 20 nəfər də gecə saatlarında La-Manş boğazını keçmək cəhdindən daşınıb.
Gundemxeber.org
10-08-2026, 14:33
28-05-2016, 23:26
17-10-2015, 16:41
28-11-2013, 12:44
3-09-2015, 21:45
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?