Gundemxeber.az » Dünya » 2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb
2020-ci ildən bu vaxtadək Avropada istehsal, boru kəmərləri, saxlama və digər infrastruktura investisiyalar da daxil olmaqla 624 hidrogen layihəsi qeydə alınıb.
Gundemxeber.org xəbər verir ki, bu barədə Enerji Sənayesi Şurasının (EIC) məlumatında deyilir.
Bildirilir ki, bu layihələrdən 59-u hazırda fəaliyyətdədir, 74-ü ləğv edilib. Qalan layihələrin təxminən yarısı texniki-iqtisadi əsaslandırma mərhələsindədir, 15 faizi isə dayandırılıb. Yaşıl hidrogen layihələri 395 layihə ilə portfelin əksəriyyətini təşkil edir. Sonrakı yerdə 57 layihə ilə hidrogen boru kəmərləri gəlir. Layihələrin əhəmiyyətli bir hissəsinin texniki-iqtisadi əsaslandırma mərhələsində olması hidrogen istehsalı müəssisələri ilə nəqliyyat və saxlama infrastrukturunun eyni tempdə inkişaf etmədiyini göstərir.
Böyük Britaniya 130 layihə ilə Avropada ən böyük milli hidrogen layihəsi portfelinə malikdir. Lakin layihələrin yalnız 8 faizi inşa mərhləsindədir və ya tikintini gözləyir, 21 faizi isə dayandırılıb. Ölkə 2030-cu ilə qədər 3,66 giqavat elektrolitik hidrogen tutumuna çatmağı nəzərdə tutur. Almaniyada isə 87 hidrogen layihəsinin 23 faizi inşa mərhələsindədir və ya tikintini gözləyir. Bu, əsas Avropa bazarları arasında ən yüksək göstəricidir. Planlaşdırılan 9000 kilometrlik hidrogen şəbəkəsi və idxal əlaqələri ilə Almaniyanın Avropada əsas hidrogen tələbat mərkəzlərindən birinə çevrilməsi gözlənilir.
Qitədə 2030-cu ilə qədər planlaşdırılan 31 giqavatlıq elektrolizator tutumundan yalnız 3 giqavatı yekun investisiya qərarı mərhələsinə çatıb. Hazırda Avropada illik elektrolizator istehsal gücü 8,49 giqavatdır. Avropada təxminən 72 giqavatt elektrolizator tutumuna uyğun olaraq hidrogen layihələri planlaşdırılır və ümumi kapital xərcləri 269 milyard dollar təşkil edir.
Elektrolizator suyu elektrik enerjisindən istifadə edərək hidrogen və oksigenə ayıran qurğudur.
Gundemxeber.org
Bu gün, 16:19
Bu gün, 16:17
24-12-2020, 14:35
28-12-2022, 16:06
29-07-2021, 16:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?