Gundemxeber.az » Dünya » FT: Eskalasiya artacağı təqdirdə, İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Vaşinqton eskalasiyanı artıracağı təqdirdə, İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbələr endirməyi planlaşdırır.
Bu barədə İran hökumətinə yaxın iki mənbə “Financial Times”a bildirib.
Onların sözlərinə görə, İran rəhbərliyi Cənub-Şərqi Avropa ölkələrində Vaşinqtonun maraqlarına zərbə endirməyi nəzərdən keçirir.
Mənbələr nümunə kimi Bolqarıstanın adını çəkib. Belə ki, ötən ay Bolqarıstan “Bezmer” aviabazasının ABŞ-ın yanacaqdoldurma təyyarələri tərəfindən istifadəsinə razılıq verib.
Anonim mənbələr Kiprin də İranın hədəf seçdiyi ölkələr sırasına daxil olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl SEPAH Vaşinqton tərəfindən yeni hücumların olacağı təqdirdə, müharibəni regionun sərhədlərindən kənara çıxarmaqla hədələyib.
Gundemxeber.org
4-07-2019, 20:26
6-01-2020, 12:03
18-09-2019, 11:36
5-01-2020, 22:00
20-07-2017, 16:32
Sorğu
Yeni dizaynımız necədir?