Gundemxeber.az » Dünya » İran səfiri: Ukrayna hələ də Xəzərdə gəmiyə hücuma görə kompensasiya ödəməyib, danışıqlar gedir
Xəzər dənizində İrana məxsus yük gəmisinə hücumla bağlı kompensasiyanın ödənilməsi üçün Tehranla Kiyev arasında danışıqlar aparılır.
Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali RIA Novosti-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna hələ də hücuma görə kompensasiya ödəməyib və hazırda bununla bağlı danışıqlar gedir.
Cəlali İran gəmisinə hücumu “terrorizm aktı” kimi qiymətləndirib.
Səfir Ukraynanın İrandan məsələ ilə bağlı üzr istədiyini, lakin kompensasiya ödənilməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, iyul ayında Ukrayna Xəzər dənizində Rusiya ilə ticarət məqsədilə hərəkətdə olan İran yük gəmisinə hücum edib. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Gundemxeber.org
1-07-2013, 17:54
9-12-2020, 20:00
27-04-2026, 17:27
8-08-2026, 10:47
17-05-2018, 23:39
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?