Gundemxeber.az » Dünya » İran iki fransız diplomatı “persona non grata” elan edib
Tehran iki fransız diplomatı “arzuolunmaz şəxs” (persona non grata) elan edib və onların İrana girişinə qadağa qoyub.
Gundemxeber.org xəbər verir ki, İran hakimiyyəti Tehrandakı Fransa səfirliyində çalışan iki diplomatı qanunsuz fəaliyyət göstərməkdə ittiham edərək ölkədən çıxarıb. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlar “persona non grata” elan olunub və onların İrana girişinə qadağa qoyulub.
Nazirliyin açıqlamasında bildirilir ki, iki fransız diplomat qanunsuz fəaliyyətlərə və beynəlxalq hüququ, xüsusilə də 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyasını pozan davranışlara yol veriblər.
İran Xarici İşlər Nazirliyi qeyd edib ki, bu qərar sözügedən fəaliyyətlərin aşkar edilməsindən bir neçə həftə sonra qəbul edilib. Açıqlamada həmçinin Fransa hökumətinin bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün heç bir tədbir görmədiyi iddia olunur.
İran Kəşfiyyat Nazirliyi avqustun 15-də iki fransız diplomatın milli təhlükəsizliklə bağlı araşdırma çərçivəsində gizli görüş keçirilən məkanda saxlanıldığını açıqlamışdı.
İran tərəfi həmin ərazidə aşkar edilən sənədlərin və digər materialların ölkə daxilində təsir yaratmağa yönəlmiş genişmiqyaslı layihənin mövcudluğunu göstərdiyini bildirib. Nazirlik, həmçinin bəzi sənədlərin Fransanın Tehrandakı keçmiş səfirlərindən birinin imzasını daşıdığını iddia edib.
Fransa tərəfi isə daha əvvəl Tehranda iki fransız diplomatın saxlanılması ilə bağlı İranın mövqeyini rədd etmiş və hadisəni diplomatik toxunulmazlıqların pozulması kimi qiymətləndirmişdi.
Gundemxeber.org
28-12-2023, 11:30
7-04-2023, 10:34
5-05-2023, 20:43
Bu gün, 08:21
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?