Gundemxeber.az » Dünya » Üç yüzdən çox üsyançı Sudan ordusuna keçib
“Sürətli reaksiya qüvvələri” üsyançı hərəkatının 318 döyüşçüsündən ibarət qrup Sudan ordusuna keçib.
Gundemxeber.org xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb.
Bildirilir ki, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Qoşunlar silah və digər hərbi texnika daşıyan təxminən 50 döyüş maşını ilə Əd-Dabba şəhərinə gəliblər.
Əli Əhmədin sözlərinə görə, “Sürətli reaksiya qüvvələri”ndən ayrılmaq qərarı onun sıralarında institusional idarəetmənin olmaması səbəbindən verilib. O bildirib ki, onun bölməsi Sudanın birliyi və sabitliyi uğrunda ordu ilə birlikdə döyüşməyə hazırdır.
Onları sərhəd qoşunlarının komandanı polkovnik Məhəmməd Saleh Yunis qarşılayıb. O, digər üsyançıları da silahlı qüvvələrə qoşulmağa çağırıb.
Gundemxeber.org
1-05-2023, 23:01
15-04-2014, 10:55
14-08-2026, 08:34
13-07-2013, 23:13
3-07-2019, 17:29
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?