Gundemxeber.az » Dünya » ABŞ-nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir
Birləşmiş Ştatların gündəlik xam neft hasilatı artır.
Gundemxeber.org xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 25 min barel artaraq sutkada orta hesabla 13 milyon 830 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 746 min barel azalaraq sutkalıq 6 milyon 593 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 8 min barel artaraq gündəlik 4 milyon 66 min barel təşkil edib.
Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 800 min barel olacağı gözlənilir.
Gundemxeber.org
6-08-2026, 18:11
15-12-2019, 12:38
9-09-2020, 10:12
12-08-2026, 15:30
30-01-2020, 13:48
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?