GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH

Tarix: 4-05-2017, 22:40 Bölmə :Dünya Baxış: 475
Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH


Azərbaycanın şimal qonşusu Rusiyanın Prezidenti Vladimir Putinin son üç gündə keçirdiyi görüşlər, apardığı danışıqlar bölgə və dünyanın təhlükəsizliyi baxımından vacib sayıla bilər.

Bunlardan birincisi ABŞ Prezidenti Donald Trampla telefon danışığıdır. Rusiya tərəfi bir aya yaxındır bunu intizarla gözləyirdi. Ölkə mediasında Trampla Putinin təmasına dair müxtəlif səpkili xəbərlər yayılırdı.
Nəhayət, prezidentlərin telefon danışığı baş tutdu. Tərəflər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsinin perspektivlərini, Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Dövlət başçıları telefon əlaqəsini saxlamağı davam etdirmək barədə razılığa gəliblər. Onlar “Böyük-20”liyin (“G20”) bu il iyulun 7-8-də Hamburqda keçiriləcək sammiti çərçivəsində görüşmək fikrində olduqlarını ifadə ediblər.

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH


Trampla telefon danışığından bir gün sonra Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya kansleri Angel Merkeli qəbul edib. Tərəflər ikitərəfli münasibətlər, Ukraynanın şərqindəki vəziyyət, “G20”nin sammiti, Suriyadakı böhran, habelə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüş almaniyalı siyasətçi üçün şəxsi mənada az əhəmiyyət kəsb etmirdi. Bu il sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçiriləcək. Heç şübhəsiz Angela Merkel yenidən kansler olmqa istəyir. Son zamanlar Rusiyanın ABŞ-da keçirilən seçkilərə təsiri ilə bağlı ehtimalları nəzərə alsaq, Merkelin Putinlə söhbət zamanı eyhamla parlament seçkisinə toxunduğu da istsna olunmur.
Qeyd edək ki, Merkel hökumət başçısı olduğu müddətdə 16 dəfə Rusiyada səfərdə olub. O, sonuncu dəfə 2015-ci il mayın 10-da Rusiyaya səfər edib. Kansler mayın 9-da Moskvada qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirakdan imtina edib.

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH


Azərbaycan üçün daha çox maraq kəsb edən isə Vladimir Putinin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsidir. Prezidentlər arasındakı görüşdə ikitərəfli əlaqələrin inkişafı, genişləndirilməsi, Suriya böhranı, regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyirlər. Ərdoğan görüşdən əvvəl bildirib ki, Rusiya ilə münasibətlərin tam normallaşması üçün qarşı tərəfin Türkiyəyə qarşı bütün ticarət sanksiyalarını ləğv etməsi zəruridir: “100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq istəyiriksə, bütün bu məhdudiyyətləri dərhal və tamamilə aradan qaldırmaq lazımdır”.
Putin görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb: “İstənilən məhdudiyyət iqtisadiyyatı dağıdır. Nəticədə istehsalımız ziyan çəkir”.
Hələlik Rusiya tərəfi Türkiyədən tədarük edilən dondurulmuş ətə, quş məhsullarına, hind toyuğu ətinə, tomat, xiyar, təzə üzüm, alma, armud və çiyələyə tətbiq edilən məhdudiyyət aradan qaldırmayıb.

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH


Beləliklə, bu görüşlərin ortaq mövzuları Suriyadakı vəziyyət və beynəlxalq təhlükəsizliyi olub. ABŞ və Almaniya Rusiyaya qarşı müharibə aparmaq niyyətindən çox uzaq olduqlarından Kremllə məsələləri danışıqlar yolu ilə həll etməyin daha düzgün yol olduğunu düşünürlər. Düzdür, Rusiya keçmiş SSRİ gücündə və nüfuzunda deyil. Çünki o vaxtlar sovetlər dünyada təsir dairələrini genişləndirmək imkanına malik idi. Qərb isə onun nüfuz dairəsini genişləndirməyin qarşısını almağa çalışırdı. İndi isə Rusiya özü Qərbin təsiri altına düşməmək uğrunda mübarizə aparır, bu istiqamətdə öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa çalışır. Rusiyadan kənarda baş verən hadisələrdə iştirakı da daha çox bu məqsədə xidmət edir. ABŞ və Almaniya liderlərinin Moskva ilə danışıqlar aparmasında məqsəd həm də onu beynəlxalq münaqişələrin həllində tərəfdaş edərək neytrallaşdırmaqdır.
Avropa İttifaqının aparıcı üzvü olduğundan Almaniya Rusiya ilə əməkdaşlığı da önə çəkir. Böyük Britaniya ittifaqdan çıxdıqdan sonra Rusiya ilə əməkdaşlığı genişləndirmə xəttini tuta bilər. Heç şübhəsiz, Almaniya ehtimal olunan belə bir oyunda ingilislərə uduzmaq istəmir.
Son zamanlar Türkiyənin Avropa İttifaqı və ABŞ-ın müəyyən dairələri ilə münasibətlərində soyuqluq yaranıb. Rəsmi Ankara ilə Moskvanın mövqelərində üst-üstə düşən məqam az deyil. Bununla belə, Türkiyə və Rusiya Qərbdən gələn təhlükəni önləmək üçün geniş sahədə, hətta hərbi-texniki planda əməkdaşlığı genişləndirmək istəyirlər.

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH


Bu görüşlərdən Azərbaycan tərəfinin də gözləntiləri vardı. ABŞ və Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həllində beynəlxalq vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir (üçüncüsü Fransadır). Almaniyanın ən yaxın müttəfiqi Avstriya ATƏT-in fəaliyyətdə olan sədridir.
Bundan başqa, Almaniya həm də Avropa İttifaqının aparıcı üzvüdür. Türkiyə isə hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.
Odur ki, bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərin söyləniləcəyi az da olsa ehtimal edilirdi. Ancaq təəssüf ki, beynəlxalq vasitəçi rolunda çıxış edən dövlətlər bu məsələyə heç eyham da vurmadılar.
Keçirilən görüşlər beynəlxalq münaqişələrin həllində Rusiyanın düyün nöqtəsi olduğunu bir daha təsdiqlədi. Ancaq bu, hələ digər qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ürək yandırdıqları da demək deyil.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi məlumat

    Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi ...

    3-07-2013, 22:39

  • 
  • Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

    Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti ...

    9-04-2017, 23:24

  • 
  • Putinlə Ərdoğanın görüş yeri və vaxtı MƏLUM OLDU

    Putinlə Ərdoğanın görüş yeri və vaxtı MƏLUM OLDU ...

    29-06-2016, 19:06

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Putin "yoxa çıxdı"

    Putin "yoxa çıxdı" ...

    7-07-2016, 13:52


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu