GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”

Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”

Tarix: 21-05-2017, 14:51 Bölmə :Dünya Baxış: 548
[thumb]https://mail.gundemxeber.org/uploads/posts/2017-05/1495363368_1.png[/thu

İlk xarici səfərini Səudiyyə Ərəbistanına edən Trampla ölkə kralı Salman arasında ümumi dəyəri 100 milyardlarla ölçülən hərbi müqavilə imzalayıb.

Müqavilədə qarşıdakı 10 il ərzində Səudiyyə Ərəbistanının ABŞ-dan 350 milyard dollarlıq silah alması nəzərdə tutulur.
Maraqlıdır ki, liderlər ABŞ müdafiə sənayesində onminlərlə yeni iş yeri yaratmaq məqsədilə “əməkdaşlıq sazişi və xüsusi sektor müqavilələri imzaladıqlarını” da gizlətməyə ehtiyac duymayıblar.
Halbuki, Trampın səfərindən əvvəl rəsmi Riyad ölkə silah sənayesini gücləndirmək üçün ciddi investisiyalar yatıracağını və silah idxalatını azaldacağını bildirmişdi. Trampın səfəri zamanı isə bu qədər böyükhəcmli silah alış-verişini nəzərdə tutan müqavilələrin imzalanması Riyada bu imkanın verilmədiyi mənasına gəlir.

[center][thumb]https://mail.gundemxeber.org/uploads/posts/2017-05/1495363542_1.png[/thumb]


Dünyanın ən böyük silah alıcılarından olan Səudiyyə Ərəbistanı öz cəbbəxana ehtiyaclarının cəmi 2%-ni yerli istehsalın gücünə təmin edir. Digər 98%-in böyük qismini isə ABŞ-dan alır. Bir növ ABŞ silah fabrikalarının ən böyük müştərilərindən olan Səudiyyə Ərəbistanının öz müdafiə sənayesini qurması, təbii ki, Vaşinqtona sərf etməzdi.
Bəlkə də iki dövlət arasında indiyədək ən böyük silah ticarəti müqaviləsinin Tramp hakimiyyətinin ilk dövründə imzalanması gözlənilməz deyildi. ABŞ-ın yeni prezidenti hələ seçkiqabağı təşviqat zamanı Səudiyyə Ərəbistanını təhdid etmişdi; krallığı sağmal inəyə bənzədərək, nə qədər ki canında can var, onu döşündən qan gələnədək sağacaqlarını, südü quruyandan sonra isə kəsəcəklərini demişdi. Bununla da krallığa “südünü bol elə ha, yoxsa sənin süddən kəsildiyini düşünə və bıcağımızı itilədə bilərik” mesajını vermişdi. Trampın ilk xarici səfərində 100 milyarlardla dollarlıq müqavilələrin imzalanması Riyadın bu mesajı “tutduğunu” göstərir.

Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”


ABŞ-ın sabiq prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanını “etibarsız ölkə” kimi xarakterizə etməsiylə pozulan dövlətlərarası münasibətləri Trampın səfəriylə yenidən bərpa edəcəklərini düşünən və bu səfəri toy-bayramla qarşılayan krallıq rəsmilərini ən çox sevindirən isə yeni ağanın İranla bağlı mövqeyidir; xüsusilə son zamanlar İrana qarşı sərt ifadələr işlədən və onu təhdid edən Tramp Riyada böyük ümidlər verir. Krallıq rəsmiləri Yaxın Şərqin liderliyini əldə saxlamaq üçün əsas rəqibləri olan İranı, nəhayət, sıradan çıxara biləcəklərini düşünürlər. Bu ümid ABŞ prezidentinin səfəri zamanı Riyad küçələrini bəzəyən şəkillərdə də öz əksini tapmışdı. Kralla prezidentin qoşa şəkilinin altında yazılan “birlikdə qələbə qazanacağıq” cümlələri də məhz bu ümiddən doğurdu.
ABŞ-ın Yaxın Şərq siyasətinin mahiyyətinə nəzər salanda isə həmin ümidlərin sabun köpüyündən ibarət olduğunu görürük. Ümumiyyətlə, dünyanın müxtəlif regionlarındakı rəqabət mühitindən faydalanmaq yolunu tutan ABŞ xarici siyasətini müəyyənləşdirən strateqlər bu şəraitin ortadan qalxmasıyla özlərinin də dünya hegemonluğuna son qoyulacağını yaxşı bilirlər. Odur ki, üzdə birinin, daldada digərinin müttəfiqinə çevrilirlər.

Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”


Bu ikibaşlı siyasətin ən bariz nümunəsini Yaxın Şərqdə və özəlliklə də İrana qarşı yürüdüldüyü məlumdur. İran İslam Respublikası qurulandan sonra şah dövrünün ən yaxın strateji müttəfiqi sayılan ABŞ-ın bu ölkədən qovulmasını həzm edə bilməyən Vaşinqton bunun qisasını İraqı müharibəyə təşviq edərək almışdı. 8 il davam edən bu qanlı müharibənin isə qazananı ABŞ və hazırkı nəticə etibarilə İran olmuşdu. Bütün beynəlxalq şəraitin və silah gücünün uyğun olmasına baxmayaraq, İraqın bir addım belə, irəliləyə bilməməsinin sirri sonradan “İranqeyt” qalmaqalıyla ortaya çıxmışdı. Məlum olmuşdu ki, ABŞ bir tərəfdən İraqı dəstəklədiyi kimi, digər tərəfdən də İsrailin əliylə İrana külli miqdarda silah satırmış. Həmin vaxt bütün dünyanı təəccübləndirən bu skandalı dövrün ABŞ prezidenti Reqan belə, etiraf etmək məcburiyyətində qalmışdı.
Sözsüz ki, o dövrdə İrana silah satılmasının yeganə səbəbi pul qazanmaq da deyildi. Regionda qüvvələr nisbətini heç kimin üstünlük qazanmayacağı səviyyədə tənzimləmək və tarazlığı qorumaq digər səbəblərdən biri idi. 1985-86-ci ildə baş verən skandaldan qısa müddət sonra İraq prezidenti Səddam Hüseyn ABŞ-ın əsas düşməni halına gəlmiş və I körfəz müharibəsiylə sarsıdıcı zərbəyə məruz qalmışdı. Daha sonrakı proseslərdə isə Səddam Hüseyn hakimiyyəti məhv olunmuş, İraqın yüyəni İrana verilmişdi. Nədən ki, Yaxın Şərqdə daha böyük rəqabətlərə yol açacaq yeni tarazlıq qurulmalı idi. Bu tarazlığın bir tərəfində şiə İran, digər tərəfində isə sünniləri maliyyələşdirən Səudiyyə Ərəbistanı dayanmalı idi.

Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”


Yaxın Şərqdəki bu əzəli rəqabət isə ABŞ-a bir çox cəhətlərdən sərf edir. Regionu qan gölündə boğan məzhəb müharibələri istər-istəməz həm İsraili müsəlmanların hədəfi olmaqdan çıxarır, İslam dünyasını daxili çarpışmalara sövq edərək, zəiflədir, həm ABŞ-ı bütün tərəflərin, nə qədər nifrət etmələrinə baxmayaraq, sığınacağı qucaq halına gətirir, həm də onun silah sənayesinə milyardlarla dollarlıq sərvət qazandırır. Təsəvvür edin, əgər sünni-şiə düşmənçiliyi ortadan qalxar, tərəflərdən hər hansı biri digəri üzərində tam və qəti qələbə qazanardısa, kral Salman prezident Trampdan 350 milyard dollarlıq silah alardımı?
Məsələyə bu konteksdən yanaşanda cənab Trampın seçkiqabağı çıxışında da qeyd etdiyi kimi, ilk xarici səfərində kral Salmanı döşündən qan gələnə qədər sağdığı məlum olur.

Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səudiyyə kralı 459 ton yüklə səfər edəcək

    Səudiyyə kralı 459 ton yüklə səfər edəcək ...

    1-03-2017, 00:22

  • 
  • Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının körfəz məsələləri üzrə dövlət nazirini qəbul edib

    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ...

    11-05-2017, 21:19

  • 
  • Ərdoğan Səudiyyə Ərəbistanına gedib

    Ərdoğan Səudiyyə Ərəbistanına gedib ...

    29-12-2015, 23:39

  • 
  • Ermənistanda təlaş: sərhəd kəndlərə silah paylayırlar

    Ermənistanda təlaş: sərhəd kəndlərə silah ...

    22-02-2017, 12:02

  • 
  • Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub

    Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub ...

    24-04-2017, 11:01


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu