GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Britaniya mətbuatı: Türkiyədə hökumət tənqidçilərinin "yoxa çıxdığı" iddia edilir

Britaniya mətbuatı: Türkiyədə hökumət tənqidçilərinin "yoxa çıxdığı" iddia edilir

Tarix: 20-09-2017, 19:47 Bölmə :Dünya Baxış: 423
Britaniya mətbuatı: Türkiyədə hökumət tənqidçilərinin "yoxa çıxdığı" iddia edilir


Türkiyədə hökumət tənqidçilərinin "yoxa çıxdığı" iddia edilir

"Express" qəzetinin yazdığına görə, Human Rights Watch insan haqları təşkilatı bildirib ki, onun inamına görə, Türkiyənin hökumət xəfiyyələri rejimə təhlükə hesab edilən adamları "oğurlayırlar".
Təşkilatın direktoru Hugh Williamson bildirib ki, bir müxalifət siyasətçisi də daxil, 8 nəfərin hökuməti tənqid etdikdən sonra zorakı şəkildə yoxa çıxdığına dair "inandırıcı dəlillər" mövcuddur.
Human Rights Watch ötən ilin mayından bəri 10 belə halı sənədləşdirdiyini bildirir. Daha iki adam oğurluğunun iyun ayında yer aldığı düşünülür. Bir nəfərdən başqa bütün qalan oğurlanmış şəxslər hələ də itkindir.
Təşkilatın məlumatına görə, yoxa çıxmış şəxslərdən dördü prezident Recep Tayyip Erdoğan-a qarşı dövlət çevrilişi cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyət dövründə işlərini itirmişdilər.
Onların dördünün də sürgündə yaşayan müsəlman vaiz Fethullah Gülen-lə əlaqələri olduğu iddia edilirdi. Gülen çevriliş cəhdinin arxasında durmaqda ittiham olunur.
Vaizin hərəkatı Türkiyədə terrorçu qrup elan edilib və onunla əlaqəsi olduğu iddia edilən hər bir kəs qəflətən yoxa çıxa bilər.
Politico saytının verdiyi məlumata görə, müəmmalı şəkildə yoxa çıxanların yaxınları Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
İtənlərdən biri - Ankaradan olan keçmiş müəllim sonradan tapılıb.
Onu polis olduqlarını deyən mülki geyimli şəxslər çəkərək taksidən çıxarımış, qara rəngli Volkswagen avtofurqonuna basaraq aparmışdılar. 6 həftədən sonra qayıdan müəllim işgəncələrə məruz qoyulduğunu iddia edir.
Bu şəxs cənab Gülen-ə bağlı olduğu iddia edilən özəl məktəbdə dərs deyirdi. O sonradan terror ittihamları ilə azadlıqdan məhrum edilib.
Başqa oğurlanmış şəxslərin Turqut Capan və Mustafa Özben olduqları xəbər verilir. Onlar Ankaradakı Turqut Ozal Universitetində dərs deyirdilər. Bu universitet də çevriliş cəhdindən sonra bağlanıb.
Onlar da oğurlandıqlarını və qara Volkswagen avtofurqonunda aparıldıqlarını söyləyiblər.
"Express" yazır ki, bu adam oğurluqları 1990-cı ildə dövlətin kürd qiyamçılara qarşı amansız mübarizə apardığı vaxtlarda baş verən yoxaçıxmaları xatırladır. O vaxt təhlükəsizlik qüvvələri bu yolla yüzlərlə mülki şəxsi neytrallaşdırmışdılar.
Onlardan bir çoxuna işgəncə verilmiş və bəzilərinin meyitləri tapılmışdı.
"Express" yazır ki, prezident Erdoğan belə qəddar təcrübələrə əl atmayıb, lakin bu hadisələrin təkrar oluna biləcəyindən narahatlıq var.
Məqalədə deyilir ki, Türkiyə hazırda getdikcə artan siyasi gərginlik şəraitində yaşayır.
30-dək jurnalist və qəzet rəhbəri baş tutmamış çevriliş cəhdi ilə əlaqələrdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilə bilər.
Almaniya kansleri Angela Merkel Türkiyədə baş verən hadisələri kəskin tənqid edən Avropa liderlərindən biridir. O Ankara ilə Aİ-yə üzvlük danışıqlarının dayandırılmasına çağırıb.
Türkiyə hökuməti bildirib ki, adamların itməsi ilə bağlı təhqiqata başlayıb.
Human Rights Watch isə hadisələri diqqətlə izləyəcəyini bildirir.
Təşkilatın sözçüsü deyib ki, Türkiyə hökumətinin apardığı araşdırmanı şübhə altına almaq istəməzdi, lakin bu ölkədə insan haqlarının ümumi vəziyyəti son dərəcə pisləşib.
Onun sözlərinə görə, hazırda Türkiyədə işgəncə və pis rəftarla bağlı iddiaların səmərəli təhqiqatının aparıldığını göstərən heç bir əlamət yoxdur.

Milli İran-Amerika Fondunun prezidenti, "Düşməni itirmək - Obama, İran və diplomatiyanın təntənəsi" (Losing an Enemy - Obama, Iran and the Triumph of Diplomacy) adlı kitabın müəllifi Trita Parsi "The Guardian" qəzetində yazır ki, prezident Donald Trump özünün BMT çıxışını sanki George W Bush-un kitabından götürüb.
O İranla özünün qarşıdurmasına haqq qazandırmaq üçün onu Şimali Koreya ilə tərəzinin eyni gözünə qoyub.
Müəllifin fikrincə bu, Trump-ın İranla nüvə sazişini ləğv etmək yolunda növbəti addımıdır. Trump deyib ki, bu saziş Amerikanın İranla bağlı narahatlıqlarına tam cavab vermir.
Parsi-nin qənaətinə görə, problem budur ki, ABŞ-İran gərginliyinə tamamilə cavab verə biləcək saziş yoxdur.
Məqalədə deyilir ki, Trump indiyədək İranla diplomatik mükaliməyə girmək üçün heç bir həvəs göstərməyib.
Parsi yazır ki, Trump-ın indiyədək özünü beynəlxalq aləmdə necə apardığı nəzərə alınarsa, onun administrasiyasının İranla diplomatik qarşılaşmaya potensialı olmadığı görünər.
Əksinə, Trump-ın İran siyasəti kristallaşmaqda davam edir. Bu ABŞ-İran münasibətlərindəki Soyuq müharibəyə qayıdışı şərtləndirir.
Onun son məqsədi İranla nüvə sazişini oktyabrın 15-də qüvvədən salmaq və bu məsələni də Konrqesin ixtiyarına verməkdir. Parsi yazır ki, Konqresin bu sazişi ləğv etməyəcəyinə ümid cüzidir.
Parsi qeyd edir ki, İranla sazişin pozulması yalnız İsrail, Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərini sevindirə bilər.
Onlar Yaxın Şərqdə ABŞ-ın güclü hegemonluğunun bərpasını istəyirlər. Müəllifin fikrincə, bu ölkələr Amerikanın dəstəyi olmadan İrana qarşı duruş gətirə bilməzdilər.
Belə bir siyasətin son nəticəsi Yaxın Şərqdə Soyuq müharibənin bərpası olacaq. Bu müharibənin bir tərəfində İsrail, Səudiyyə, BƏƏ və ABŞ, digər tərəfində isə İran və onun müttəfiqləri, habelə Rusiya dayanacaq.
Bütün bunlar bir məqsədə - Yaxın Şərqdə sabitliyin bərqərar edilməsi məqsədinə qulluq etməyəcək. Trump İranla Səudiyyə arasındakı gərginliyi daha da alovlandıracaq.
Parsi yazır ki, indi bütün gözlər Avropadadır. Güclü Avropa liderliyi Trump-ın Yaxın Şərqi qarışdırmasının və İranla razılaşmanı məhv etməsinin qarşısını ala bilər.
Avropa liderləri İranla sazişə sadiq qaldıqlarını artıq bildiriblər.
İranla saziş indiyədək pis işləməyib. Almaniya kansleri Angela Merkel bu sazişin Şimali Koreya ilə razılaşma üçün model ola biləcəyini söyləmişdi.
Lakin Parsi xatırladır ki, Avropa Bush-un İraqa dağıdıcı müdaxiləsinin qarşısını ala bilməmişdi.
Müəllif bu qənaətə gəlir ki, Avropa Trump-ı Bush-un getdiyi çığırdan döndərə bilər.

"The Telegraph" yazır ki, alimlərin yeni ixtirasından sonra Terminatorsayağı supergüclü robotların yaradılması gerçəkləşə bilər.
Onların yaratdığı süni əzələ öz kütləsindən 1000 dəfə ağır yükü qaldıra bilir.
Alimlər 3D printerindən istifadə edərək rezinəbənzər sintetik kütlə yaradıblar. Bu kütlə təbii əzələ kimi yığılma qabiliyyətinə malikdir.
Kiçik elektrik cərəyanı ilə qızdırılan süni əzələ kütləsi genişlənərək öz ölçüsündən doqquz dəfə böyük sahəni tutur.
Bu süni əzələ kütləsinin hər qramına düşən enerji, təbii əzələdəkindən 15 dəfə çoxdur.
Nature Communications elmi jurnalı yazır ki, "zərif aktuator" adlandırılan cihaz öz çəkisindən 1000 dəfə ağır yükü qaldıra bilir.
New York-dakı Columbia Universitetinin Yaradıcı Maşınlar (Creative Machines) laboratoriyasının professoru Hod Lipson deyib ki, insan robot zəkasını yaratmaqda iri addımlarla irəliləsə də, hələki robot vücudunun yaradılması üçün o qədər də çox iş görməyib.
Alim deyir ki, yeni material minlərlə formaya salına bilər. Beləliklə, insanabənzər robotların yaradılması istiqamətində böyük addım atılıb.
Məqalədə deyilir ki, süni əzələdən təkcə robotlarda yox, həm də müxtəlif funksiyalı dəzgahlarda istifadə etmək olar.
Yaradıcı Maşınlar Laboratoriyasından daha bir tədqiqatçı - bu ixtiranın həmmüəlifi Aslan Miriyev deyib ki, yeni material robot mühəndisliyinin bir çox problemlərini həll edəcək.
"O itələyir, dartır, burur, əyir və yük qaldırır. Bu təbii əzələyə ən yaxın materialdır" - deyib Miriyev.
"The Telegraph" yazır ki, bu tədqiqat qismən də İsrailin Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir./bbc.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • Human Rights Watch hakimiyyəti yenə tənqid etdi

    Human Rights Watch hakimiyyəti yenə tənqid etdi ...

    6-05-2013, 21:42

  • 
  • "Human Rights Watch"dan Azərbaycanla bağlı 100 səhifəlik hesabat -ŞOK TƏNQİD/VİDEO

    "Human Rights Watch"dan Azərbaycanla ...

    2-09-2013, 13:27

  • 
  • Xədicəyə daha bir nüfuzlu mükafat!

    Xədicəyə daha bir nüfuzlu mükafat! ...

    12-11-2015, 18:04


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu